Arash Company

Kontent üzrə mütəxəssisi

Ə/h razılaşma ilə 326
Tam iş günü
Bakı, Azərbaycan
06.12.24 - 06.01.25

İş haqqında məlumat

  • Araş firmasının müxtəlif rəqəmsal platformaları üçün orijinal və cəlbedici kontent hazırlamaq;
  • Dizayn komandası ilə əməkdaşlıq edərək qrafika, videolar və infoqrafika kimi vizual cəhətdən cəlbedici və maraqlı multimedia məzmunları yaratmaq;
  • Marka məlumatlılığını və əlaqəni artırmaq üçün sosial media kanallarında (Facebook, Instagram, LinkedIn və s.) məzmunu planlaşdırmaq, cədvəl hazırlamaq, paylaşımlar etmək və qeyd olunanları idarə etmək;
  • Mətnləri dəqiqlik, ardıcıllıq və markanın standartlarına uyğunluğunu təmin etmək üçün korrektura və redaktə etmək;
  • Səhifənin günlük,həftəlik və aylıq hesabatlarının hazırlanması;
  • Rəhbərlik tərəfindən verilmiş tapşırıqların vaxtı vaxtında yerinə yetirilməsi;
  • Kontent yaradılması, sosial media və rəqəmsal marketinq sahəsindəki ən son trendlərdən xəbərdar olmaq;
  • İş qrafiki: Həftə içi 5 gün saat 9:00-18:00, Şənbə 9:00-15:00;
  • İş yeri: Arash Company.

Tələblər

  • Ali təhsil (jurnalistika, filologiya, marketinq və ya pedaqoji sahə üzrə);
  • Sosial Media Marketinqi (SMM) üzrə biliklərə üstünlük verilir;
  • Azərbaycan və İngilis dillərində yazı, redaktə və korrektura bacarıqları;
  • Sosial media platformalarını, trendləri və ən geniş təcrübələrdən məlumatlı olmaq;
  • Müstəqil və komanda tərkibində çalışmaq bacarıqları;
  • Bütün maraqlanan namizədlərdən CV-lərini qeyd edilmiş elektron poçt ünvanına mövzu hissəsində “Kontent mütəxəssisi” vəzifəsinin adını qeyd etməklə göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar