Баку,
Азербайджан
06.12.24
-
06.01.25
O работе
- Araş firmasının müxtəlif rəqəmsal platformaları üçün orijinal və cəlbedici kontent hazırlamaq;
- Dizayn komandası ilə əməkdaşlıq edərək qrafika, videolar və infoqrafika kimi vizual cəhətdən cəlbedici və maraqlı multimedia məzmunları yaratmaq;
- Marka məlumatlılığını və əlaqəni artırmaq üçün sosial media kanallarında (Facebook, Instagram, LinkedIn və s.) məzmunu planlaşdırmaq, cədvəl hazırlamaq, paylaşımlar etmək və qeyd olunanları idarə etmək;
- Mətnləri dəqiqlik, ardıcıllıq və markanın standartlarına uyğunluğunu təmin etmək üçün korrektura və redaktə etmək;
- Səhifənin günlük,həftəlik və aylıq hesabatlarının hazırlanması;
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqların vaxtı vaxtında yerinə yetirilməsi;
- Kontent yaradılması, sosial media və rəqəmsal marketinq sahəsindəki ən son trendlərdən xəbərdar olmaq;
- İş qrafiki: Həftə içi 5 gün saat 9:00-18:00, Şənbə 9:00-15:00;
- İş yeri: Arash Company.
Требования
- Ali təhsil (jurnalistika, filologiya, marketinq və ya pedaqoji sahə üzrə);
- Sosial Media Marketinqi (SMM) üzrə biliklərə üstünlük verilir;
- Azərbaycan və İngilis dillərində yazı, redaktə və korrektura bacarıqları;
- Sosial media platformalarını, trendləri və ən geniş təcrübələrdən məlumatlı olmaq;
- Müstəqil və komanda tərkibində çalışmaq bacarıqları;
- Bütün maraqlanan namizədlərdən CV-lərini qeyd edilmiş elektron poçt ünvanına mövzu hissəsində “Kontent mütəxəssisi” vəzifəsinin adını qeyd etməklə göndərmələri xahiş olunur.
Маркетинг
Медицинские услуги