SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Keyfiyyətin təminatı üzrə supervayzer

Ə/h razılaşma ilə 74
Tam iş günü
Bakı, Azərbaycan
02.09.24 - 02.10.24

İş haqqında məlumat

  • Sənaye ilə əlaqədar aidiyyatı idarəetmə sistemlərini inteqrə etməklə uzun müddətli perspektivdə SDM-də ümumi inteqrə olunmuş idarəetmə sisteminin (İOİS) qurulması üçün fəaliyyətləri icra etmək;
     
  • İOİS-in proseslərinin avtomatlaşdırılması və effektiv şəkildə sənədləşdirilməsini rəqəmsallaşdırmaq üçün ixtisaslaşmış proqram tətbiqlərinin icrası ilə bağlı fəaliyyətləri koordinasiya etmək;
  • İOİS-in uyğunluğunun, adekvatlığının və effektivliyinin ali rəhbərlik tərəfindən nəzərdən keçirilməsi üçün planlaşdırılmış intervallarda rəhbərlik təhlili (RT) iclaslarının təşkili ilə bağlı fəaliyyətləri icra etmək;
  • İOİS-in müvafiq standartlara uyğunluğunu, effektiv tətbiqini və saxlanmasını müəyyənləşdirmək üçün daxil auditləri icra etmək, daxili audit komandalarına rəhbərlik etmək, daxili audit planlarını və hesabatlarını hazırlamaq;
  • Daxili audit tapıntılarını əlaqəli heyətə kommunikasiya etmək, tapıntıların statusunun izlənməsini təmin etmək;
  • Müəssisədə keyfiyyət üzrə məlumatlılığın təmin olunması üçün maarifləndirmə sessiyalarının təşkili üçün proqram hazırlamaq və əlaqədar departament heyətinə komunikasiya etmək;
  • Müəssisədə keyfiyyət mədəniyyətinin formalaşdırılması üçün proqramları icra etmək;
  • İOİS üzrə sənədləşdirilmiş informasiyanın adekvat şəkildə nəzərdən keçirilərək sənəd sahibinə vaxtında geri dönüş edilməsini təmin etmək;
  • Biznes proseslərin müəyyənləşdirilməsi, ölçülməsi və optimallaşdırılması ilə bağlı fəaliyyətlərin icrasını koordinasiya etmək.

Tələblər

  • Keyfiyyətin təminatı sahəsində minimum 5 illik təcrübə.
     
  • Bakalavr dərəcəsi (Magistr dərəcəsinə üstünlük verilir);
  • ISO 9001:2015 standartları üzrə baş auditor sertifikatı;
  • ISO 14001:2015 və ISO 45001:2018 standartları üzrə peşəkar səviyyədə məlumatlılıq;
  • Texniki elmlər üzrə və ya Biznesin idarə olunması/Layihə idarəetməsi sahələrinin məzunlarına üstünlük verilir;
  • CQI və ya ASQ sertifikatı və ya diplomuna üstünlük verilir;
  • İngilis dilində sərbəst ünsiyyət bacarığı (B2);
  • Güclü analiz və problem həlletmə bacarıqları;
  • Effektiv təqdimat bacarıqları;
  • Heyəti koordinasiya etmək və ona rəhbərlik etmək bacarığı;
  • Böyük həcmli işləri prioritetləşdirmək və idarə etmək bacarığı;
  • Özünü tənzimləmə (özünənəzarət, etibarlılıq, dürüstlük);
  • Empatiya (emosianal yetkinlik, digərlərini anlama);
  • Sosial bacarıqlar (təsir, kommunikasiya, böhranlı halların idarə olunması, liderlik, əlaqələrin qurulması, əməkdaşlıq və müttəfiqlik);
  • Microsoft Office və işlə əlaqədar digər proqramlardan peşəkar istifadə etmək;
  • Departamentin proseslərini və müəssisənin keyfiyyət mədəniyyətini davamlı təkmilləşdirmək üçün yeni proqramlar üzərində işləməli və yaradıcılıq qabiliyyətinə malik olmalıdır.
  • Vakansiya ilə maraqlanan şəxslər https://socardownstream.az/az/vacancy/keyfiyyetin-teminati-uzre-supervayzer linkinə keçid edərək müraciət edə bilər.