Баку,
Азербайджан
02.09.24
-
02.10.24
O работе
- Sənaye ilə əlaqədar aidiyyatı idarəetmə sistemlərini inteqrə etməklə uzun müddətli perspektivdə SDM-də ümumi inteqrə olunmuş idarəetmə sisteminin (İOİS) qurulması üçün fəaliyyətləri icra etmək;
- İOİS-in proseslərinin avtomatlaşdırılması və effektiv şəkildə sənədləşdirilməsini rəqəmsallaşdırmaq üçün ixtisaslaşmış proqram tətbiqlərinin icrası ilə bağlı fəaliyyətləri koordinasiya etmək;
- İOİS-in uyğunluğunun, adekvatlığının və effektivliyinin ali rəhbərlik tərəfindən nəzərdən keçirilməsi üçün planlaşdırılmış intervallarda rəhbərlik təhlili (RT) iclaslarının təşkili ilə bağlı fəaliyyətləri icra etmək;
- İOİS-in müvafiq standartlara uyğunluğunu, effektiv tətbiqini və saxlanmasını müəyyənləşdirmək üçün daxil auditləri icra etmək, daxili audit komandalarına rəhbərlik etmək, daxili audit planlarını və hesabatlarını hazırlamaq;
- Daxili audit tapıntılarını əlaqəli heyətə kommunikasiya etmək, tapıntıların statusunun izlənməsini təmin etmək;
- Müəssisədə keyfiyyət üzrə məlumatlılığın təmin olunması üçün maarifləndirmə sessiyalarının təşkili üçün proqram hazırlamaq və əlaqədar departament heyətinə komunikasiya etmək;
- Müəssisədə keyfiyyət mədəniyyətinin formalaşdırılması üçün proqramları icra etmək;
- İOİS üzrə sənədləşdirilmiş informasiyanın adekvat şəkildə nəzərdən keçirilərək sənəd sahibinə vaxtında geri dönüş edilməsini təmin etmək;
- Biznes proseslərin müəyyənləşdirilməsi, ölçülməsi və optimallaşdırılması ilə bağlı fəaliyyətlərin icrasını koordinasiya etmək.
Требования
- Keyfiyyətin təminatı sahəsində minimum 5 illik təcrübə.
- Bakalavr dərəcəsi (Magistr dərəcəsinə üstünlük verilir);
- ISO 9001:2015 standartları üzrə baş auditor sertifikatı;
- ISO 14001:2015 və ISO 45001:2018 standartları üzrə peşəkar səviyyədə məlumatlılıq;
- Texniki elmlər üzrə və ya Biznesin idarə olunması/Layihə idarəetməsi sahələrinin məzunlarına üstünlük verilir;
- CQI və ya ASQ sertifikatı və ya diplomuna üstünlük verilir;
- İngilis dilində sərbəst ünsiyyət bacarığı (B2);
- Güclü analiz və problem həlletmə bacarıqları;
- Effektiv təqdimat bacarıqları;
- Heyəti koordinasiya etmək və ona rəhbərlik etmək bacarığı;
- Böyük həcmli işləri prioritetləşdirmək və idarə etmək bacarığı;
- Özünü tənzimləmə (özünənəzarət, etibarlılıq, dürüstlük);
- Empatiya (emosianal yetkinlik, digərlərini anlama);
- Sosial bacarıqlar (təsir, kommunikasiya, böhranlı halların idarə olunması, liderlik, əlaqələrin qurulması, əməkdaşlıq və müttəfiqlik);
- Microsoft Office və işlə əlaqədar digər proqramlardan peşəkar istifadə etmək;
- Departamentin proseslərini və müəssisənin keyfiyyət mədəniyyətini davamlı təkmilləşdirmək üçün yeni proqramlar üzərində işləməli və yaradıcılıq qabiliyyətinə malik olmalıdır.
- Vakansiya ilə maraqlanan şəxslər https://socardownstream.az/az/vacancy/keyfiyyetin-teminati-uzre-supervayzer linkinə keçid edərək müraciət edə bilər.
Административный, Бизнес, Менеджмент
Нефть и газ
Срок действия задания истек