Azprotein Foods Group

Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi şöbəsinin müdiri

2500 - 3500 ₼ 256
Tam iş günü
Bakı, Azərbaycan
08.02.24 - 09.03.24

İş haqqında məlumat

  • İstehsal olunan məhsulların keyfiyyətinə nəzarət sahəsində görülən işlərin koordinasiyası və təşkili;
  • Keyfiyyətə nəzarət prosedurlarının hazırlanması, sahələrdə risk analizinin aparılması;
  • İstehsalat, anbar, laboratoriyaya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalarına riayət edilməsinə nəzarət;
  • Məhsulların keyfiyyətinin artırılması, onların elm və texnikanın müasir inkişaf səviyyəsi, daxili bazarın tələbatları, ixrac tələblərinə  və s. uyğunluğunun təmin edilməsi üçün tədbirlərin işlənib hazırlanması;
  • Müəssisəyə daxil olan materialların (xammal, material, yarımfabrikat, komplektləyici məmulatlar) yoxlanması, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanması;
  • Standart və texniki şərtlərin tələbləri, təsdiqlənmiş nümunələr (etalonlar) və texniki sənədlər, çatdırılma və müqavilə şərtlərinə uyğun olaraq müəssisənin istehsal etdiyi məhsulların, icra etdiyi işlərin (göstərdiyi xidmətlərin) keyfiyyətinə nəzarət, həmçinin istehsalat intizamının möhkəmləndirilməsi, keyfiyyətli və rəqabət qabiliyyətli məhsulların istehsalının təmin olunması üzrə işləri təşkil edir;
  • Məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinin artırılması, onların elm və texnikanın müasir inkişaf səviyyəsi, daxili bazarın tələbatları, ixrac tələblərinə  və s. uyğunluğunun təmin edilməsi üçün tədbirlərin işlənib hazırlanmasını təşkil edir;
  • Nəzarət əməliyyatlarının nəticələrinin tərtib olunması, məhsullarının keyfiyyət göstəriciləri, zay məhsul və onun səbəblərinin uçotunun aparılması, buraxılan məhsulların, icra olunan işlərin (göstərilən xidmətlərin) keyfiyyəti barədə dövri hesabatlılığın tərtib olunması üzrə işi təşkil edir;
  • Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlanması;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Koroğlu metrosundan servis fəaliyyət göstərir (müəssisə Buzovnada yerləşir);
  • İş qrafiki: 6 günlük.

Tələblər

  • Təhsil: Ali (Qida mühəndisliyi, Baytarlıq, Kimya, Mikrobiologiya və ya bunlara uyğun ixtisaslar)
  • Təcrübə: Qida istehsalı sahəsində keyfiyyətə nəzarət və ya oxşar sahə üzrə ən azı 3-5 illik rəhbər vəzifə üzrə iş təcrübəsinin olması;
  • Dil bilikləri: İngilis dilini biliyi arzuolunandır;
  • Kompüter bacarıqları: MS Office proqramları (Word, Excel, Power-Point, Outlook), 1C proqramı üzrə biliklər;
  • Sertifikat: İSO 9001:2015, İSO 22000 və İSO 17025 standartının tələblərini bilməli, bu sahədə təlim almış olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır;
  • Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
  • Kommunikasiya, planlama və təşkilatçılıq, yaradıcılıq və innovasiya, analitik düşüncə, nəticə yönümlülük, öyrənmə və dəqiqlik, müştəri yönümlülük, konfiliktlərin idarə edilməsi bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar