Nurgun Group

Katibə - referent

Ə/h razılaşma ilə 1
Tam iş günü
Bakı, Azərbaycan
08.11.24 - 08.12.24

İş haqqında məlumat

  •  Daxil və xaric olan sənədlərin qeydiyyatını aparır;
  •  Telefonlara cavab verir və lazımı ünvanlara istiqamətləndirir;
  •  Rəhbərliyin qonaqlarını qarşılayır;
  •  Rəhbərliyə və qonaqlara çay/kofe/su təqdim edir;
  • Daxil olan sənədlər və digər məlumatlar barədə rəbərliyi vaxtında məlumatlandırır;
  •  Baxılmaq üçün rəhbərə təqdim edilmiş məktubları qəbul edir, qəbul edilmiş qərara əsasən onları cavab hazırlanması, yaxud iş prosesində istifadə edilməsi üçün struktur bölmələrinə və ya konkret vəzifəli şəxslərə verir;
  •  Kargüzarlığı aparır, kompüter vasitəsilə müxtəlif əməliyyatlar yerinə yetirir;
  •  Rəhbərin tapşırığı ilə məktublar, sorğular və s. sənədlər tərtib edir və məktub müəlliflərinə cavablar hazırlayır;
  •  Qəbula gələnlərin qəbulunu təşkil edir, işçilərin təklif və xahişlərinə vaxtında baxılmasına kömək edir;
  •  Rəhbərin iclas və müşavirələrinin keçirilməsini, iclasların ehtiyac olduqda protokollaşdırılmasını təşkil edir; 
  •  Rəhbərin tabeçiliyindəki idarə və bölmələrə onun verdiyi göstərişlərin uçotunu aparır və icra olunmasını nəzarətdə saxlayaraq onların icra vəziyyəti barədə rəhbərə məruzələr edir;
  •  Rəhbərin ayrı-ayrı xidməti tapşırıqlarını icra edir.

Tələblər

  • Ali təhsil;
  • 1 il katibə-referent sahəsində iş təcrübəsi;
  • Xanım namizəd, yaş həddi  25 - 30;
  • xoş xarici görünüş;
  • Azərbaycan dilində səlis danışmalı;
  • Ofis proqramlarından (Word, Excel, Outlook, İnternet) sərbəst istifadə etməli;
  • Ofis avadanlıqları ilə işləmək bacarığı (printer, scan, faks); 
  • İşgüzar münasibət etikasını bilməli;
  • İşində səliqəli, məsuliyyətli və ünsiyyətcil olmalı;
  • Təşkilatçılıq bacarığı;
  • Sənədləşmə işinin aparılması bacarığı.

Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar