Bakı,
Azərbaycan
22.11.24
-
22.12.24
İş haqqında məlumat
- Yaradılan kateqoriya strategiyasına uyğun olaraq müştəri yönümlü yanaşma ilə alt kateqoriya strategiyalarının yaradılması,trendlərə və müştəri gözləntilərinə uyğun məhsul çeşidinə qərar vermək;
- Müqavilə,sifariş,sorğu rabitəsi və həcmi,çatdırılma müddəti əsas təchizatçılarla illik,aylıq,gündəlik işgüzar əlaqələri idarə etmək və kateqoriya menecerinə hesabat vermək;
- Məsuliyyət verilən alt kateqoriyalar üçün yeni təchizatçıların, məhsulların və rəqib tendensiyalarının təhlili, müntəzəm olaraq bazar araşdırması aparmaq və kateqoriya menecerinə hesabat vermək;
- Satış performansının təhlilini nəzərdən keçirmək üçün kateqoriya əməliyyatları üzrə aylıq hesabatlar hazırlayıb və lazımi tədbirləri görmək üçün araşdırmalar hazırlayaraq, kateqoriya menecerinə təqdim etmək;
- Kateqoriya ilə mağazalar arasında əlaqəni təmin etmək,ehtiyaclara uyğun olaraq kateqoriya menecerinə məlumat vermək;
- Kateqoriya hədəflərinə nail olmaq üçün satış, maliyyə, marketinq və logistika ilə əməkdaşlıq edib, işləmək və kateqoriya menecerinin lazımi tədbirlərin görülməsi üçün ilkin hazırlıqları görmək;
- Şirkətin gəlirlilik hədəfinə çatması üçün müvafiq alt kateqoriyalar üzrə illik gəlirlilik hədəfinə uyğun fəaliyyətlər göstərmək, kateqoriya rəhbərinin təsdiqindən sonra tədbirləri hazırlamaq və həyata keçirmək;
- Şirkətin satış hədəfinə çatması üçün müvafiq kateqoriyalar üzrə təchizatçılarla illik alış və satış hədəflərini yerinə yetirmək və planlaşdırılması üzərində işləmək;
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D.
Tələblər
- Ali təhsil;
- Təcrübə 1-3 il;
- İngilis,rus dillərində səlis danışıq qabiliyyəti arzuolunandır;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- LOGO (Tiger) proqramı ilə işləmək bacarığı;
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kateqoriya üzrə mütəxəssis(südlük)”yazaraq qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Marketinq
Ticarət