Bakı,
Azərbaycan
20.11.24
-
20.12.24
İş haqqında məlumat
- Həftəlik, aylıq, rüblük və illik plana uyğun olaraq, ən azı 2 (iki) inzibati ərazi vahidi və ya inzibati ərazi dairəsində yeni məkanın axtarılması;
- Nəzərdə tutulmuş meyarlara uyğun olaraq ilkin seçim üçün məkanın gəzərək araşdırılması;
- Əmlakla bağlı təhlillərin aparılması, müvafiq hesabatların və təqdimatların hazırlanması;
- Açılacaq mağazalarda və ya fəaliyyət göstərən mağazalar portfelində, əmlak və əmlak sahibləri ilə yaranan problemlərin aradan qaldırılmasını təmin etmək, portfelinə nəzarət və idarə etmək;
- Yeni məkan təkliflərinin, rəqiblərin və əhalinin təhlili, qiymətləndirilməsi və şirkət daxilində və ya xaricdən gələn yeni mağaza təkliflərinin qiymətləndirilməsi;
- Əmlak sahibi ilə danışıqların aparılması (qiymət\kv.m\müqavilə şərtləri\məsuliyyət\ öhdəliklər və s.);
- Rəhbər heyətə ilkin seçimlə bağlı təqdimatların edilməsi;
- Sənədlərin düzgün yoxlanılması və yoxlama siyahısına uyğun olaraq Rəhbərə təqdim edilməsi;
- Trafikin hesablanması üçün müvafiq əməkdaşların ərazisinin və iş cədvəlinin tərtib edilməsinə dəstək olmaq;
- Standart Qiymətləndirmə Şablonu üçün tələb olunan məlumatları tamamlamaq;
- Yerin təslim üçün hazırlanması və yekun imzaların alınması;
- İmtina edilmiş yer və yeni danışıqlar haqqında məlumatları yeniləmək;
- Komanda üzvləri ilə əsas performans göstəricilərinin nailiyyəti və nəticəsi ilə həftəlik araşdırmada iştirak etmək və buna uyğun təkliflər vermək;
- Daimi olaraq bazarın araşdırılmasını aparmaq və məlumatların yenilənməsini təmin etmək;
- Mütəmadi olaraq rəqiblərin yeni açılacaq və ya açılmış mağazalarını təhlil etmək, rəhbərliyə məlumat vermək.
Tələblər
- Bakalavr dərəcəsinin və ya bu dərəcənin ekvivalentinin olması;
- Şəbəkənin genişləndirilməsi və ya daşınmaz əmlakların idarə edilməsi sahəsində 2 (iki) il iş təcrübəsinin olması;
- MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
- Təqdimat bacarığı;
- Şəxsi avtomobil və aktiv sürücülük vəsiqəsinin olması;
- Danışıqlar aparmaq, problemləri həll etmə və şəxslərarası münasibət üzrə mükəmməl bacarıqları;
- Ünsiyyət qurmaq və analitik düşüncə qabiliyyətlərinə malik olmalı;
- Güclü kommunikasiya və münaqişələrin həlli bacarıqları olmalı;
- Komanda üzvü olmaq;
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
- İngilis dili üzrə biliklər arzu olunandır;
- Nəticələrə və idarəetməyə yönəlmiş şəxs olmalı;
- Maraqlanan namizədlər email ünvanına “Əmlak məsələləri üzrə mütəxəssis” başlığı ilə müraciət edə bilər.
Marketinq
Ticarət