Баку,
Азербайджан
15.08.24
-
14.09.24
O работе
- Şirkətin strategiyasını və hədəflərini əsas tutaraq iş prosesini həyata keçirmək;
- Kateqoriya daxilində qiymətlərin formalaşdırılması və bazarda qiymətlərin davamlı təhlilini aparmaq;
- Kateqoriya üzrə satış və mənfəətlilik, eləcə də digər səmərəlilik hədəflərinə nail olmaq məqsədi ilə məhsul portfelini formalaşdırmaq;
- Məhsulların sifarişlərinin formalaşdırılmaq və təqib etmək;
- Məhsul ehtiyatının (stok) planlanmasını icra etmək və davamlı olaraq anbarla əlaqədə olmaq;
- Qiymət və brend seqmentlərində analizləri aparmaq;
- Bazar araşdırılmasının təmin edilməsini daim nəzarətdə saxlamaq;
- Təchizat və satış planlarının hazırlanmasında iştirak etmək;
- Kateqoriyanın daimi alternativ çeşidlərlə təmin edilməsi üçün müvafiq araşdırılmalar aparmaq;
- Alınan malların müvafiq dövlət icra orqanlarının tələblərinə uyğun olmasına nəzarət etmək;
- Ehtiyac üzrə müxtəlif kampaniyalarının təşkili və icrasına nəzarət etmək;
- Müəyyən edilmiş məhsul portfelinə əsasən araşdırmalar etmək: qiymət, həcm, keyfiyyət və texniki xüsusiyyət üzrə şərtlər haqqında məlumatlar əsasında satınalma şöbəsinə yönləndirmək;
- Kateqoriya çərçivəsində məhsul və markaların vizual merçendayzinq tələblərini müəyyən etmək və təqdim etmək;
- Məhsullarla bağlı təqdimat və təlimlərin keçirilməsini planlamaq;
- Komandaya rəhbərlik edib iş fəaliyyətlərinə nəzarət etmək;
- Satış komandasını hədəflərə doğru yönəltmək, komandanın motivasiyasını yüksək saxlamaq;
- Dövri hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 08:30 - 17:30;
- İş yeri: Chinar Park BM, Ə.Rəcəbli küç.
Требования
- Təhsil: Ali təhsil (marketinq, biznes, iqtisadiyyat, maliyyə sahələri üstünlükdür);
- Təcrübə: Satınalma, kateqoriya sahəsində azı 3 il iş təcrübəsi;
- Kompüter bacarıqları: Yüksək səviyyədə MS Office və 1C proqram biliyi;
- Dil bilikləri: Mükəmməl Azərbaycan dili biliyi, rus dili və ingilis dili biliyi arzu olunandır;
- Mükəmməl şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
- Peşakar idarəetmə bacarığı;
- Bazar qiymətləri, rəqabətlilik haqqında məlumatlı olmalı.
Административный, Бизнес, Менеджмент
Сельское хозяйство
Срок действия задания истек