Veysəloğlu Şirkətlər Qrupu

Kateqoriya meneceri

Ə/h razılaşma ilə 56
Tam iş günü
Bakı, Azərbaycan
01.11.24 - 01.12.24

İş haqqında məlumat

  • Marka Kateqoriyası içərisində əhatəli bir çeşid siyahısı tərtib etmək və təqib etmək;
  • Hər marka kateqoriyası içərisində çeşidləri kateqoriyalara ayırmaq və pozisiyaya görə harada satılması lazım olduğunu müəyyən etmək (Minimarket, Supermarket və s.);
  • Hər çeşid qrupunu kateqoriyalara ayırmaq / hər bir çeşidin gücünü və rəqiblər qarşısındakı mövqeyini aşkar etmək;
  • Yeni çeşidlərin artırılmasını təmin etmək;
  • Müştəri ehtiyaclarını izləmək;
  • Çeşid siyahısındakı boşluqların aşkarlanmasını həyata keçirmək;
  • Alıcılar və onların ehtiyaclarının araşdırılmasını təmin etmək;
  • Alıcı bazarını bölümlərə ayırmaq (kimlər satın alır və necə satın alır?);
  • Araşdırma üçün ehtiyacları müəyyənləşdirmək;
  • Mövcud çeşidlər üçün alıcı ehtiyaclarını müəyyənləşdirmək ( qutu ölçüləri, çeşidlər və s.);
  • Mağaza araşdırmasını həyata keçirmək;
  • Müştəri ehtiyaclarına bağlı olaraq mağazalardakı çeşidləri yenidən təşkil etmək (bərabərləşdirmək);
  • Çeşidlərin satış ömrünün idarə olunması həyata keçirmək;
  • Bazar yayımı və müqayisəsini həyata keçirmək (Benchmarking);
  • Bazar yayımı işlərini idərə etmək (araşdırma dəstəyi ilə), mağazaların və mağazalarda olan çeşidlərin çoxaldılmasını təmin etmək (satış kateqoriyasına və çeşid kateqoriyasına görə müqayisə etmə /benchmarking), yayım işləri üçün ehtiyacları təyin etmək, həmçinin həyata keçirməni təşkil etmək;
  • Yayım işlərini bölgə və mağaza tipinə görə idarə etmək və istiqamətləndirmək;
  • Satış kollektivi ilə birlikdə yayım işləri yerlərini dəyərləndirmək;
  • Mağazalarda çeşid yayımını artırmaq üçün hərəkət planları hazırlamaq;
  • Hər çeşidə uyğun olaraq xüsusi marketinq planlarını və kampaniyaları təyin etmək;
  • Kampaniya planlaması və idarə edilməsini həyata keçirmək;
  • Fəaliyyəti ilə əlaqədar digər struktur bölmə vahidləri ilə kordinasiyanı təşkil etmək;
  • Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək;
  • Şirkət strukturu və idarəetmə prinsiplərini öyrənmək, subordinasiya və etika qaydalarına riayət etmək;
  • Əmək fəaliyyətinə dair müəyyən edilmiş qaydada hər ay üzrə hesabatı Şöbə müdirinə təqdim etmək;
  • Korporativ prosedurlar çərçivəsində rəhbərləri tərəfindən verilən digər yazılı və şifahi tapşırıqları icra etmək;
  • Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmaq;
  • Nahar;
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.

Tələblər

  • Ali təhsil;
  • Marketinq və satış sahəsi üzrə minimum 2 illik iş təcrübəsi;
  • Rus və ingilis dillərində sərbəst bilmək;
  • Analitik düşünmə qabiliyyəti, problemləri müəyyən etmə bacarıqları;
  • Kommunikasiya və təqdimetmə bacarığı;
  • Microsoft Office proqramlarını bilmək.


Oxşar vakansiyalar