Karvan - L

İxrac meneceri

1500 - 2000 ₼ 222
Tam iş günü
Bakı, Azərbaycan
13.06.24 - 13.07.24

İş haqqında məlumat

  • Şirkətimizin istehsalı olan kimyəvi məhsulların xaricə satışının təşkili;
  • İdxal-ixrac prosesi zamanı logistik koordinasiya;
  • Müştərilərə uyğun müvafiq sifarişlərin hazırlanması və yayımlanması;
  • Yükləmə və gömrük sənədlərinin yoxlanılması;
  • Əməkdaşlıq edilən müəssisələrlə və xarici tərəfdaşlarla mütəmadi olaraq əlaqələrin saxlanılması;
  • Sorğuların telefon, email vasitəsi ilə qəbulu və cavablandırılması;
  • Daşınmanın optimal marşrutunun müəyyənləşdirilməsi;
  • Daim yeni müştəri axtarışında olmaq;
  • Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması;
  • İxrac əməliyyatları üçün ehtiyac olduğu təqdirdə nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması;
  • Beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanması;
  • Yerli və xarici bazarın araşdırılması;
  • İdxal və İxrac əməliyyatları üzrə müraciət edən müştərilərlə ilkin əlaqənin qurulması və danışıqların aparılmasında iştirak etmək;
  • Xarici şirkətlərlə əməkdaşlığın qurulması;
  • Yeni əməkdaşların araşdırılması və əməkdaşlıq əlaqələrinin qurulması;
  • İdxal və İxrac əməliyyatları üzrə müqavilələrin hazırlanması;
  • Mənşə, fito və fumiqasiyaya müraciət etmə, gömrük rəsmiləşdirilməsi barədə anlayışı olan.

Tələblər

  • Təhsil: Ali təhsil ( maliyyə, gömrük, biznesin idarə olunması və kimya sahəsində olması üstünlükdür);
  • Kompüter bacarıqları: MS Office, internet üzərində iş bacarığı;
  • Dil bilikləri: İngilis və Rus dillərində səlis danışıq və korporativ yazışma bacarığı;
  • Əməliyyat çevikliyi, yüksək ünsiyyət bacarığı, məsuliyyətlilik, cavabdehlik;
  • Kimya sənayesinə aid məhsullarla işləyəcəyi üçün kimyadan ilkin anlayışı olanlara üstünlük verilir.


Elanın müddəti bitmişdir