Баку,
Азербайджан
13.06.24
-
13.07.24
O работе
- Şirkətimizin istehsalı olan kimyəvi məhsulların xaricə satışının təşkili;
- İdxal-ixrac prosesi zamanı logistik koordinasiya;
- Müştərilərə uyğun müvafiq sifarişlərin hazırlanması və yayımlanması;
- Yükləmə və gömrük sənədlərinin yoxlanılması;
- Əməkdaşlıq edilən müəssisələrlə və xarici tərəfdaşlarla mütəmadi olaraq əlaqələrin saxlanılması;
- Sorğuların telefon, email vasitəsi ilə qəbulu və cavablandırılması;
- Daşınmanın optimal marşrutunun müəyyənləşdirilməsi;
- Daim yeni müştəri axtarışında olmaq;
- Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması;
- İxrac əməliyyatları üçün ehtiyac olduğu təqdirdə nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması;
- Beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanması;
- Yerli və xarici bazarın araşdırılması;
- İdxal və İxrac əməliyyatları üzrə müraciət edən müştərilərlə ilkin əlaqənin qurulması və danışıqların aparılmasında iştirak etmək;
- Xarici şirkətlərlə əməkdaşlığın qurulması;
- Yeni əməkdaşların araşdırılması və əməkdaşlıq əlaqələrinin qurulması;
- İdxal və İxrac əməliyyatları üzrə müqavilələrin hazırlanması;
- Mənşə, fito və fumiqasiyaya müraciət etmə, gömrük rəsmiləşdirilməsi barədə anlayışı olan.
Требования
- Təhsil: Ali təhsil ( maliyyə, gömrük, biznesin idarə olunması və kimya sahəsində olması üstünlükdür);
- Kompüter bacarıqları: MS Office, internet üzərində iş bacarığı;
- Dil bilikləri: İngilis və Rus dillərində səlis danışıq və korporativ yazışma bacarığı;
- Əməliyyat çevikliyi, yüksək ünsiyyət bacarığı, məsuliyyətlilik, cavabdehlik;
- Kimya sənayesinə aid məhsullarla işləyəcəyi üçün kimyadan ilkin anlayışı olanlara üstünlük verilir.
Mенеджмент
Строительство
Срок действия задания истек