Azerbaijan SuperMarket
Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
07.03.24 - 06.04.24

İş haqqında məlumat

  • Texniki yardım müraciətlərinə elektron, telefon vasitəsilə, və ya şəxsən cavab vermək;
  • Texniki avadanlıq və proqram təminatı məsələlərini müəyyən və həll etmək;
  • İstifadəçiyə müvafiq məsləhətlər vermək;
  • Standart məlumat xidmətlərin prosedurlarına riayət etmək;
  • Bütün məlumat xidmətlərinin fəaliyyətini qeydiyyatdan keçirmək;
  • Məlumat xidmətlərinin proqram təminatını qismən idarə etmək;
  • Problemləri düzgün mənbələrə yönəltmək;
  • Təcili diqqət tələb edən məsələləri müəyyən etmək və yönləndirmək;
  • Təkrarlanan problemlər haqqında rəhbərliyə məlumat vermək;
  • Sistem məlumatlarından, dəyişikliklərdən və yeniliklərdən xəbərdar olmaq.

Tələblər

  • Təhsil: Bakalavr dərəcəsi;
  • Dil bilikləri: Azərbaycan, Rus, İngilis dili biliyi;
  • Təcrübə: Tələb olunan sahədə başlanğıc biliklər və ya keçmiş təcrübə arzu olunandır (ən az 6 ay);
  • Kompüter bacarıqları: Personal kompyuter (PC), e-mail, internet, və Microsoft Office (məs., Word, Excel, Office, Outlook, PowerPoint) proqramından istifadə etmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Çoxsaylı tapşırıqların prioritetləşdirilməsi və eyni zamanda bir neçə tapşırığın öhdəsindən gəlmə bacarığı;
  • Düzgün iş prosesini qurmaq bacarığı;
  • Təhlil, təcrübə və mühakimə bacarıqlarına əsaslanaraq dəqiq qərarvermə bacarığı;
  • Pərakəndə satış sahəsində təcrübəsi olan, kassa və tərəzilərlə işləməyi bacaran namizədlərə üstünlük veriləcəkdir.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar