Matanat A

İnvestisiya layihələri üzrə assistent

Ə/h razılaşma ilə 57
Tam iş günü
Bakı, Azərbaycan
12.09.24 - 12.10.24

İş haqqında məlumat

  • Zəruri sənədlərin hazırlanmasını həyata keçirilməsi;
  • Kargüzarlıq üzrə assistent işdə olmadıqda Sənədlərin qəbulu, uçotu, qeydiyyatı, icrasına nəzarəti, məlumat – sorğu xidməti və sənəd informasiyalarının saxlanılması;
  • İcra dərkənarı yazılmış sənədləri nəzərdən keçirilməsi onların yerinə-yetirilməsi üçün əməkdaşlara təqdim edilməsi icra nəticəsi barədə məlumat alınması və rəhbərliyə məruzə edilməsi;
  • Kargüzarlıqda istifadəsində olan möhür və ştampları yalnız təyinatı üzrə istifadə edilməsi və sənədləri aidiyyəti üzrə rəsmiləşdirilməsi;
  • İcra dərkənarı yazılmış sənədləri nəzərdən keçirilməsi, onların yerinə-yetirilməsi üçün əməkdaşlara təqdim edilməsi və icra nəticəsi barədə onlardan məlumatları istənilməsi;.
  • Şirkətin Prezidentinin imzalanması üçün təqdim edilən sənədlərin hazırlanma keyfiyyətinə, düzgün tərtibi, razılaşdırılması, təsdiqinə nəzarət edilməsi;
  • Rəhbərliyin sənəd və tapşırıqlarının icrasına nəzarəti həyata keçirməsi, onların vaxtında və keyfiyyətli icrasına istiqamətlənmiş tədbirlər görülməsi;
  • Struktur bölmələrdən daxil olan daxili yazışmaları və sənədləri qəbul edərkən onların doğru hazırlanmasına ciddi nəzarət edilməsi;
  • Müəssisənin cari fəaliyyəti məsələləri (telefon, faks və s.) üzrə kənar təşkilatlar (həm kommersiya, həm də dövlət) və ayrı – ayrı vətəndaşlarla telefon əlaqəsi yaradılması;
  • Daxili və xarici telefon zənglərini lazımı səviyyədə cavablandırır, daxil olan hər zəngə lakonik və aydın cavab verir, hər müraciət üzrə lazımi məlumatları toplayır, həlli üçün rəhbərliyə çatdırır, şirkətə gələn qonaqların qəbulu üzrə lazımi prosedurları təşkil edir və verilən hər bir sualın operativ və sivil qaydada cavablanmasını təmin edir.
  • Kargüzarlıq sənədlərinin kompüterdə yığılması və surət çoxaltma işlərinin icrasını təmin edir;
  • Müəssisənin sənəd təminatının avtomatlaşdırılması vasitəsi kimi istifadə edir;
  • Hər il arxivdə saxlanılması və ya məhv edilməsi üçün rəhbərliyin nəzarəti ilə sənədlərin yığımını həyata keçirir.
  • Hər ay rəhbərliyin göstərişinə əsasən struktur bölmələrdən aylıq plan və hesabatları toplayıb rəhbərliyə təqdim edir.
  • Toplantıları təşkil edir (toplantı ilə bağlı şəxsi heyəti məlumatlandırır və.s), toplantıları protokollaşdırır və toplantı ilə bağlı protokolların bir nüsxəsini aidiyyəti şöbələrə paylayır.

Tələblər

  • Təhsil: Ali təhsil (Menecment, layihələrin idarə edilməsi üzrə olması arzuolunandır)
  • İş təcrübəsi: 3-4 il;
  • Dil bilikləri: Azərbaycan, digər xarici dillər üstünlükdür
  • Kompüter bilikləri: MS Office proqramları üzrə biliklər;
  • Layihələrin idarə edilməsi üzrə biliklər;
  • Normativ hüquqi aktlar, qaydalar, təlimatlar və digər sənədlərin tərtibatı üzrə biliklər.
  • İşə planlı yanaşmaq bacarığı.


Oxşar vakansiyalar