Bakı,
Azərbaycan
23.10.24
-
23.11.24
İş haqqında məlumat
- İşə qəbul prosesini idarə etmək-iş elanlarının təqdim edilməsi, namizədlərin müəyyənləşdirilməsi, müsahibələrin aparılması, təhlükəsizlik yoxlamalarının izlənməsi, müsahibə formalarının doldurulması, potensial kadrların məlumat bazasının idarə edilməsi və işə qəbul olan yeni işçilərin sənədlərinin toplanması;
- Vəzifə təlimatların yoxlanılması və aidiyyatı şəxslər tərəfdən imzalanmasına cavabdeh olması;
- İşçilərin sınaq müddətinin nəzarətinin aparılması və Birbaşa Rəhbər tərəfindən sınaq müddətinin qiymətləndirilməsi formalarının vaxtında doldurulmasına cavabdehlik daşıması;
- Yeni işçilər üçün işə giriş (onboarding) təlimatının aparılması və işə giriş prosesinin koordinasiya edilməsi (inzibati, SƏTƏM, İT və s.);
- Satış təmsilçiləri üçün təlimlərin keçirilməsi;
- İş yerinin və işçilərin attestasiyasında iştirak etmək;
- Peşəkar inkişaf proqramlarının və müxtəlif təcrübə proqramlarının vaxtında idarə olunmasının təmin edilməsi;
- Əmək yarmarkalarında iştirak edilməsi, universitetlər, peşə məktəbləri və digər təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrin qurulması;
- İşdən çıxış müsahibələri aparılması;
- Əmək məcəlləsinin tələblərinə, daxili siyasət və prosedurlara uyğun olaraq, tələb olunan bütün sənədlərin müvafiq qaydada toplanmasını və sənədləşdirilməsini təmin edilməsi, İR sənədləri və qeydlərinin dövri yoxlamalarının (rüblük) həyata keçirilməsi;
- Bütün İR üzrə sənədlərin məxfiliyinin qorunması;
- İR məlumat bazalarından (İR əsas (master) faylı və digər İR izləmə sistemləri) istifadə edilməsi və işçi məlumatlarının nəzərdən keçirilməsi, daxil edilməsi, yenilənməsi və izlənilməsi;
- İşçilərin suallarının cavablandıraraq müştəri xidməti funksiyalarının yerinə yetirilməsi;
- İR hesabatlarının hazırlanılması və təqdim edilməsi;
- Təyin edilmiş digər vəzifələrin yerinə yetirilməsi;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar;
- İş yeri: Bakı şəhəri, regionlara işgüzar səfərlər.
Tələblər
- Ali təhsil (biznes idarəedilməsi, İR və ya müvafiq sahədə);
- İşə qəbul və sənədləşmə üzrə 3 ildən artıq təcrübə;
- İRİ, Əmək məcəlləsi, səriştə əsaslı müsahibə və işə qəbul üzrə sertifikatlar üstünlükdür;
- MS office proqramlarını yüksək səviyyədə bilməli;
- 1C 8.3 (ERP) proqramını bilmək üstünlükdür;
- Azərbaycan dili əla, İngilis dili və Rus dili üstünlükdür;
- İstehsalat sahəsində təcrübə arzuolunandır;
- Əmək qanunvericiliyi biliyi;
- Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
- Əla təşkilatçılıq və vaxt idarə etmə bacarığı (planlaşdırma / prioritetləşdirmə), təyin olunmuş vaxt çərçivəsində tapşırıqların yerinə yetirilməsi, son tarixlərə cavab vermək qabiliyyəti;
- Detallara diqqət, güclü problem həll etmə qabiliyyətləri;
- Komanda da işləmək qabiliyyətləri.
İnsan resursları
Kənd təsərrüfatı