Azerbaijan Fish Farm

İnsan resursları üzrə mütəxəssis (işə qəbul üzrə)

По соглашению 136
Полн. занятость
Баку, Азербайджан
23.10.24 - 23.11.24

O работе

  • İşə qəbul prosesini idarə etmək-iş elanlarının təqdim edilməsi, namizədlərin müəyyənləşdirilməsi, müsahibələrin aparılması, təhlükəsizlik yoxlamalarının izlənməsi, müsahibə formalarının doldurulması, potensial kadrların məlumat bazasının idarə edilməsi və işə qəbul olan yeni işçilərin sənədlərinin toplanması;
  • Vəzifə təlimatların yoxlanılması və aidiyyatı şəxslər tərəfdən imzalanmasına cavabdeh olması;
  • İşçilərin sınaq müddətinin nəzarətinin aparılması və Birbaşa Rəhbər tərəfindən sınaq müddətinin qiymətləndirilməsi formalarının vaxtında doldurulmasına cavabdehlik daşıması;
  • Yeni işçilər üçün işə giriş (onboarding) təlimatının aparılması və işə giriş prosesinin koordinasiya edilməsi (inzibati, SƏTƏM, İT və s.);
  • Satış təmsilçiləri üçün təlimlərin keçirilməsi;
  • İş yerinin və işçilərin attestasiyasında iştirak etmək;
  • Peşəkar inkişaf proqramlarının və müxtəlif təcrübə proqramlarının vaxtında idarə olunmasının təmin edilməsi;
  • Əmək yarmarkalarında iştirak edilməsi, universitetlər, peşə məktəbləri və digər təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrin qurulması;
  • İşdən çıxış müsahibələri aparılması;
  • Əmək məcəlləsinin tələblərinə, daxili siyasət və prosedurlara uyğun olaraq, tələb olunan bütün sənədlərin müvafiq qaydada toplanmasını və sənədləşdirilməsini təmin edilməsi, İR sənədləri və qeydlərinin dövri yoxlamalarının (rüblük) həyata keçirilməsi;
  • Bütün İR üzrə sənədlərin məxfiliyinin qorunması;
  • İR məlumat bazalarından (İR əsas (master) faylı və digər İR izləmə sistemləri) istifadə edilməsi və işçi məlumatlarının nəzərdən keçirilməsi, daxil edilməsi, yenilənməsi və izlənilməsi;
  • İşçilərin suallarının cavablandıraraq müştəri xidməti funksiyalarının yerinə yetirilməsi;
  • İR hesabatlarının hazırlanılması və təqdim edilməsi;
  • Təyin edilmiş digər vəzifələrin yerinə yetirilməsi;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar;
  • İş yeri: Bakı şəhəri, regionlara işgüzar səfərlər.

Требования

  • Ali təhsil (biznes idarəedilməsi, İR və ya müvafiq sahədə);
  • İşə qəbul və sənədləşmə üzrə 3 ildən artıq təcrübə;
  • İRİ, Əmək məcəlləsi, səriştə əsaslı müsahibə və işə qəbul üzrə sertifikatlar üstünlükdür;
  • MS office proqramlarını yüksək səviyyədə bilməli;
  • 1C 8.3 (ERP) proqramını bilmək üstünlükdür;
  • Azərbaycan dili əla, İngilis dili və Rus dili üstünlükdür;
  • İstehsalat sahəsində təcrübə arzuolunandır;
  • Əmək qanunvericiliyi biliyi;
  • Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Əla təşkilatçılıq və vaxt idarə etmə bacarığı (planlaşdırma / prioritetləşdirmə), təyin olunmuş vaxt çərçivəsində tapşırıqların yerinə yetirilməsi, son tarixlərə cavab vermək qabiliyyəti;
  • Detallara diqqət, güclü problem həll etmə qabiliyyətləri;
  • Komanda da işləmək qabiliyyətləri.


Похожие вакансии