Bakı,
Azərbaycan
17.03.23
-
16.04.23
İş haqqında məlumat
- Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərin tamlığının yoxlanılması, işçilərin şəxsi işlərini formalaşdırmaq və qorunmasını təmin etmək;
- Əmək müqaviləsinin işəgötürən və işçi tərəfindən ləğv edilməsi, müddətinin uzadılması, xitam verilməsi və xitam verilərkən işçilərin təminatlarının sənədləşdirilməsini təmin etmək;
- Əmək müqavilələrinin bağlanması və ona dəyişikliklərin edilməsinin sənədləşdirilməsini təmin etmək;
- Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotunun aparılması, əmək müqavilələrinin, əmrlərin, digər rəsmi sənədlərin saxlanılmasını təmin etmək;
- İşçilərin əmək fəaliyyəti haqqında sənədin və müvafiq ödənclərin haqq-hesab sənədlərinin tərtib olunması, işçiyə arayışların, xasiyyətnamənin hazırlanmasını təmin etmək;
- Elektron imza ilə kadr kargüzarlığına aid hər bir əməliyyatın e-gov.az elektron hökumət protalına daxil olunmasını və dəyişikliklərin aparılmasını təmin etmək;
- Mükafatlandırılma, əmək və icra intizamının pozulmasına görə intizam tənbehinin verilməsinin sənədləşdirilməsini təmin etmək;
- Maddi məsuliyyət və onun həlli yollarının sənədləşdirilməsini təmin etmək;
- Zərurət yarandığı halda iş vaxtının növləri və tənzimlənməsi, iş vaxtının rejimi, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqlarından istifadəsinin sənədləşdirilməsində iştirak etmək.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Kadr kargüzarlığı sahəsində minimum 1 il;
- Kompüter bacarıqları: MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dilini səlis bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür;
- Azərbaycan Respublikası Əmək Məcəlləsini əla səviyyədə bilməli;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı.
İnsan resursları
Peşəkar xidmətlər