AzerGold CJSC

Baş mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
15.04.24 - 15.05.24

İş haqqında məlumat

  • İnsan resurslarının idarəolunması şöbəsi, təşkilati inkişaf sektoru;
  • Cəmiyyətin İnsan resurslarının idarəolunması üzrə strategiyasını əsas götürməklə kadr hazırlığı proseduruna uyğun müvafiq proseslərin icra edilməsində iştirak etmək (karyera planlaması, kritik pozisiyalara davamçıların yetişdirilməsi, liderlik inkişaf proqramı, daxili təlimçilərin yetişdirilməsi və s.);
  • Səlahiyyətləri çərçivəsində kadr ehtiyatı sisteminin yaradılmasında iştirak etmək;
  • Kadr ehtiyatı nəzərə alınmaqla, işçinin karyera inkişafı ilə bağlı təlimlərinin təşkilində iştirak etmək;
  • Struktur bölmələr tərəfindən kadr hazırlığı ilə bağlı daxil olan sorğuları cavablandırılmasında iştirak etmək;
  • Xəbər bülletenləri, intranet məzmunu, videolar və təqdimatlar daxil olmaqla daxili kommunikasiya məzmunlarının yaradılması;
  • Motivasiya prosesinə uyğun müvafiq işlərin təşkilində və icra olunmasında iştirak etmək, ehtiyac olarsa yeniliklərlə bağlı təkliflər təqdim etmək;
  • İşçilər arası məmnuniyyət sorğusunun təşkili və sorğunun nəticəsinə əsasən tədbirlər planının hazırlanması;
  • Struktur bölmələrdən daxil olan sektorun səlahiyyətləri çərçivəsində yazılı və şifahi sorğulara nəzakətli cavab verərək problemləri həll etmək və ya həlli yollarını təklif etmək;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Təhsil: Ali təhsil (İnsan Resursları, Biznes, İqtisadiyyat, İdarəetmə və digər əlaqəli sahələrdə);
  • Təcrübə: Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (sərbəst), Yaxşı səviyyədə İngilis və Rus dili biliyi; 
  • Kompüter bacarıqları: MS Office (Outlook, Word, Excel PowerPoint) proqramlarında işləmə bacarığı tələb olunur;
  • Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, təşkilatı anlama, çeviklik, problem həlletmə bacarıqları;
  • Əmək haqqı müsahibə əsnasında təyin olunur;
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır;
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir;
  • Nəqliyyat xidməti;
  • Rəqabətli mükafatlandırma sistemi.


Oxşar vakansiyalar