Bakı,
Azərbaycan
30.10.24
-
30.11.24
İş haqqında məlumat
- İşçi heyətinə aid sənədləşmələrin daxili qaydalara və Azərbaycan Respublikasının Əmək Məcəlləsi qanunvericiliyin tələblərinə uyğun olmasını təmin etmək;
- Üst rəhbərliyə və dövlət orqanlarına hesabatların vaxtında və düzgün verilməsini təmin etmək;
- Kadr kargüzarlığı və işə qəbul prosesini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və qanunvericiliyinə, həmçinin cəmiyyətin daxili prosedurlarına uyğun şəkildə, yenilikləri nəzərə alaraq icra etməsinə nəzarət etmək;
- İşçilərin illik məzuniyyətlərinin planlanmasını hazırlanmasına nəzarət, növbəlilik cədvəllərinin və əvəzetmə planlarını tərtib etmək və onların icrasını təqib etmək;
- Aylıq davamiyyətlərin idarə olunmasını, tabellərin toplanmasına nəzarət etmək;
- Müddəti bitmiş sənədləri müvafiq qaydada arxivə təhvil verilməsinə dəstək göstərmək.;
- Əmək intizamı məsələlərində iştirak etmək (araşdırma işlərində iştirak etmək, izahatların alınması, aktların hazırlanması və s.);
- Cəmiyyətdə sənəd, eləcə də elektron sənəd dövriyyəsinin qanunvericiliyin və şirkətdaxili təlimatların tələblərinə uyğun olaraq təşkilini həyata keçirmək;
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ telefon nömrəsi və danışıq paketi.
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı.
Tələblər
- Təhsil : Ali təhsil;
- Təcrübə: minimum 3 il (müvafiq sahə üzrə);
- Dil bilikləri:Azərbaycan dili- əla, İngilis və Rus dili üstünlükdür;
- Komputer bilikləri (Microsoft office, Excell, Word, PowerPoint, outlook) yaxşı;
- Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- Diqqətlilik;
- İntizamlılıq;
- Yüksək kommunikasiya;
- Yenilikçi və proaktiv yanaşma;
- Komanda işi;
- Keyfiyyət yönümlülük;
- Məqsəd yönümlülük;
- Nəticə yönümlülük;
- Araşdırma, təhlil, müqayisə və qərar vermək.
İnsan resursları
Ticarət