Bakı,
Azərbaycan
24.10.24
-
24.11.24
İş haqqında məlumat
- Şöbə işçilərinə metodoloji köməklik göstərmək, Şöbə müdiri olmadıqda onu əvəz etmək;
- Yeni qurulacaq sistemlər üçün informasiya təhlükəsizliyi tələblərini və elementlərini müəyyənləşdirmək;
- Şirkətin informasiya sistemlərindəki məlumatlarının əlçatanlığına, məxfiliyinə və tamlığına təsir edən təhlükəsizlik insidentlərini idarə etmək;
- Baş vermiş əsas təhlükəsizlik insidentlərini araşdırmaq və qarşısının alınması üçün tədbirlər görmək;
- Loqların tətbiqi mexanizmlərini (rule) hazırlamaq və tətbiqinə nəzarət etmək;
- Bütün informasiya sistemlərinin və infrastrukturun SİEM Monitorinq sisteminə qoşulmasını təmin etmək;
- SİEM Monitorinq sisteminə baxış keçirməklə sistemlərdə baş vermiş informasiya təhlükəsizliyi üzrə insidentləri araşdırmaq;
- Məlumatların sızmasından mühafizə (DLP) sistemlərinin tətbiqində iştirak etmək;
- Şirkətin fəaliyyətinin informasiya təhlükəsizliyinin siyasəti ilə uyğunluğunu təmin etmək;
- Müvafiq təhlükəsizlik prosedurları, standartları və qaydalarını müəyyən edərək Şirkətin təhlükəsizlik konsepsiyasının müvafiq icrasını təmin etmək;
- Ən yaxşı təcrübədən istifadə etməklə Şirkət üçün məlumat təhlükəsizliyi standartlarının təkmilləşdirilməsində iştirak etmək;
- İnformasiya təhlükəsizliyi üzrə yerli və beynəlxalq qanunlar ilə uyğunluğa nəzarət etmək;
- Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görmək.
Tələblər
- DLP həlləri ilə bağlı iş təcrübəsi;
- EDR həlləri ilə işləmə bacarığı;
- SIEM həlləri ilə bağlı iş təcrübəsi;
- Vulnerability scanning proqram təminatı ilə işləmə bacarığı;
- Yeni nəsil firewall-lar (NGFW) ilə işləmə bacarığı;
- Veb təhlükəsizlik (Web Application Firewall) haqqında bilgilərin olması;
- Azure Cloud bilikləri (arzuolunandır);
- Əməliyyat sistemlərinin təhlükəsizliyi barədə biliklər;
- Şəbəkə təhlükəsizliyi ilə bağlı biliklər;
- İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər;
- Azərbaycan dili, ingilis dili (texniki) biliklər;
- Komandada işləmə bacarığı.
İnformasiya texnologiyaları
Qida