Veysəloğlu Şirkətlər Qrupu

İnformasiya təhlükəsizliyi üzrə aparıcı mütəxəssi

По соглашению 116
Полн. занятость
Баку, Азербайджан
24.10.24 - 24.11.24

O работе

  • Şöbə işçilərinə metodoloji köməklik göstərmək, Şöbə müdiri olmadıqda onu əvəz etmək;
  • Yeni qurulacaq sistemlər üçün informasiya təhlükəsizliyi tələblərini və elementlərini müəyyənləşdirmək;
  • Şirkətin informasiya sistemlərindəki məlumatlarının əlçatanlığına, məxfiliyinə və tamlığına təsir edən  təhlükəsizlik insidentlərini idarə etmək;
  • Baş vermiş əsas təhlükəsizlik insidentlərini araşdırmaq və qarşısının alınması üçün tədbirlər görmək;
  • Loqların tətbiqi mexanizmlərini (rule) hazırlamaq və tətbiqinə nəzarət etmək;
  • Bütün informasiya sistemlərinin və infrastrukturun SİEM Monitorinq sisteminə qoşulmasını təmin etmək;
  • SİEM Monitorinq sisteminə baxış keçirməklə sistemlərdə baş vermiş informasiya təhlükəsizliyi üzrə insidentləri araşdırmaq;
  • Məlumatların sızmasından mühafizə (DLP) sistemlərinin  tətbiqində iştirak etmək;
  • Şirkətin fəaliyyətinin informasiya təhlükəsizliyinin siyasəti ilə uyğunluğunu təmin etmək;
  • Müvafiq təhlükəsizlik prosedurları, standartları və qaydalarını müəyyən edərək Şirkətin təhlükəsizlik konsepsiyasının müvafiq icrasını təmin etmək;
  • Ən yaxşı təcrübədən istifadə etməklə Şirkət üçün məlumat təhlükəsizliyi standartlarının təkmilləşdirilməsində iştirak etmək;
  • İnformasiya təhlükəsizliyi üzrə yerli və beynəlxalq qanunlar ilə uyğunluğa nəzarət etmək;
  • Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görmək.

Требования

  • DLP həlləri ilə bağlı iş təcrübəsi;
  • EDR həlləri ilə işləmə bacarığı;
  • SIEM həlləri ilə bağlı iş təcrübəsi;
  • Vulnerability scanning proqram təminatı ilə işləmə bacarığı;
  • Yeni nəsil firewall-lar (NGFW) ilə işləmə bacarığı;
  • Veb təhlükəsizlik (Web Application Firewall) haqqında bilgilərin olması;
  • Azure Cloud bilikləri (arzuolunandır);
  • Əməliyyat sistemlərinin təhlükəsizliyi barədə biliklər;
  • Şəbəkə təhlükəsizliyi ilə bağlı biliklər;
  • İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər;
  • Azərbaycan dili, ingilis dili (texniki) biliklər;
  • Komandada işləmə bacarığı.