Saloglu

HR – İnsan Resursları şöbəsi rəhbəri

Ə/h razılaşma ilə 0
Tam iş günü
Qazax, Azərbaycan
23.09.24 - 23.10.24

İş haqqında məlumat

  • Kadr bazasının yaradılması və idarə edilməsi, işçilərin qeydiyyatının aparılması işini təşkil edir;
  • Məzuniyyət, işəqəbul, xitam, ezamiyyə və s. əmrlərin qanunvericiliyə uyğun vaxtında həyata keçirilməsinə nəzarət edir;
  • İşçilərin tabel uçotuna və onların işə davamiyyətinə nəzarəti həyata keçirir;
  • İşə qəbul prosesində vakansiya və müsahibələri izləyir;
  • İşə qəbul ilə bağlı digər müvafiq fəaliyyətlərin icrasına nəzarət edir;
  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və direktorun əmrlərinə müvafiq olaraq işçilərin
    qəbulunun və işdən azad edilməsinin vaxtında həyata keçirilməsinə nəzarət edir;
  • Aylıq hesabatları hazırlayır və rəhbərliyə təqdim edir;
  • Daxil olan CV-lərin dəyərləndirilməsi;
  • Uyğun namizədlərlə görüşlərin aparılması və onların dəyərləndirilməsi;
  • İş yerindən kənar təlim ehtiyaclarının müəyyən edilməsi və müvafiq olduğu təqdirdə təlim mənbələrinin tapılması və onun icrasının dəstəklənməsi;
  • İşçilərlə bağlı sənədləşmələrin aparılması üçün müvafiq proses və proseduraların hazırlanması və
    həyata keçirilməsi;
  • İşçilərin yüksək əmək məhsuldarlığı göstərmələri üçün motivasiya edilməsi;
  • İnsan Resursları ilə koordinasiyasını və yaranan problemlərin həllini təmin etmək;
  • Əmək məhsuldarlığının təhlil edilməsi;
  • Əlaqə nömrəsi: 051 270 32 85.

Tələblər

  • Müvafiq sahə üzrə Ali təhsil;
  • İR sahəsində müvafiq iş təcrübəsi (İstehsalat sahəsində təcrübəsi olan namizədlər üstünlük veriləcək);
  • Azerbaycan Respublikasının Əmək Qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
  • Ms Office (Outlook, Word, Excel), 1C 8.3 proqramlarında işləmə bacarığı;
  • Azərbaycan, Rus və İngilis dili biliyi əla səviyyədə;
  • Sənədləşdirmə və yazışma qaydalarını yüksək səviyyədə bilməlidir;
  • Təşkilati bacarıqlar,təşəbbüskarlıq;
  • Ünsiyyət və münasibət qurma bacarığı, məsuliyyətli və pozitiv yanaşma.

Elanın müddəti bitmişdir