Bakı,
Azərbaycan
01.02.24
-
02.03.24
İş haqqında məlumat
- İsitmə-soyutma, hava tədarükü sistemlərin, avadanlıqların mexaniki, elektrik, elektron və avtomatlaşdırılmış hissələrində müayinə, texniki xidmət, təmir-bərpa, quraşdırma və sazlama işlərin icrası;
- Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması;
- İsitmə-soyutma, hava tədarükü sistemlərində mövcud avadanlıq, elementlərin əvəzlənməsi, yeni avadanlıqların, elementlərin quraşdırılması, sazlanması, sınağı və istismara buraxılması;
- Müxtəlif müayinə və sınaq cihazları və alətləri vasitələri ilə sistemin, elementlərin işçi göstəricilərinin yoxlanılması, nasazlıqların və kənarlaşmaların aşkarlanması;
- Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi;
- İcra edilən işlərin, müayinələrin və sınaqların qeydiyyata alınması və müvafiq hesabatların təqdim edilməsi;
- İsitmə-soyutma, hava tədarükü sistemlərin, avadanlıqların əvəzlənməsi üçün texniki tələblərin müəyyən edilməsi və lazım olduqda alternativ təkliflərin verilməsi;
- Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi;
- İşlər üzrə hesabatlılıq qaydalarına riayət edilməsi və müvafiq qeydiyyatların rəqəmsal formatda aparılması.
Tələblər
- Təhsil: Müvafiq sahə üzrə peşə və ya ali təhsil;
- Təcrübə: Müvafiq sahə üzrə minimum 5 il təsdiqli iş təcrübəsi;
- Müvafiq ixtisası təsdiq edən təlim şəhadətnaməsi;
- Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı;
- Yaşayış və kommersiya ərazilərinə dair isitmə-soyutma və havalandırma standartlar və tələblər üzrə əsaslı biliklər;
- Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları;
- Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları.
Mühəndislik
Peşəkar xidmətlər
Elanın müddəti bitmişdir