Azerbaijan Energy Regulatory Agency

Enerji müfəttişi (Regionlar üzrə)

Ə/h razılaşma ilə 86
Tam iş günü
Şirvan, Azərbaycan
11.06.24 - 11.07.24

İş haqqında məlumat

  • İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün Filiala daxil olan sənədlərin icrasını təmin edir; 
  • Vəkalətnamə əsasında Filialı məhkəmələr və üçüncü şəxslər qarşısında təmsil edir;
  • Filialın fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
  • Filialın fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən Filialın əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
  • Filial tərəfindən sahibkarlıq sahəsində və büdcə təşkilatlarında yoxlamalar (nəzarət tədbirləri) aparır və qanunvericiliklə müəyyən edilmiş qaydada nəticələri rəsmiləşdirir;
  • Agentliyin səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir;
  • Filialın Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir; 
  • Filialın fəaliyyət ərazisində 200 kVt güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsi üçün tikinti obyektlərinin elektrik qurğularına baxış keçirir və nəticələri aktla rəsmiləşdirir; 
  • Tikilən, yenidən qurulan obyektlərin layihə sənədlərini enerjidən səmərəli istifadə üzrə ekspertizasını keçirir;
  • İş bölgüsü üzrə Filialın fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır; 
  • Vakansiya üzrə müraciətin son müddəti: 11 iyul 2024-cü il;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 – 18:00;
  • İş yeri: Şirvan, İmişli, Kürdəmir şəhərləri - 3 vakansiya .

Tələblər

  • Təhsil: Energetika və enerji maşınqayırması, İstilik energetikası, maşın və qurğuları, Elektrotexnika və elektromexanika, Yüksək gərginliklər texnikası, fizikası və elektrotexnologiya ixtisas istiqamətləri üzrə ali təhsil;
  • Təcrübə: Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Yaş: 25-45;
  • Kompüter bacarıqları: Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
  • Dil bilikləri: Rus dilini bilməsi arzu olunandır;
  • Agentliyin region filiallarına rotatsiyaya açıq olmalı;
  • Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı  yazı qabiliyyəti.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar