Bakı,
Azərbaycan
10.09.24
-
10.10.24
İş haqqında məlumat
- Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) və Strateji Layihələr üzrə layihə və maliyyə hesabat və modelləri təhlil etmək, iqtisadi göstəriciləri yoxlamaq və modellər üzrə daxili hesabatların hazırlanması, yeni modellərin yaradılması;
- HPBS-lər üzrə dövlətin payına düşən gəlirlərin satışından əldə olunan gəlirlərin və satış xərclərinin yoxlanılması və daxili sistemlərdə işlənilməsi;
- HPBS-lər üzrə dövlətin payının gəlirlər və hasilat olaraq müxtəlif sənədlər əsasında mütəmadi olaraq müəyyən edilməsi, təhlil və üzləşdirilmənin həyata keçirilməsi, müvafiq arayışların hazırlanması;
- Neft – qaz layihələri üzrə hasilatın, xərclərin və digər parametrlərin analitik təhlilinin aparılması;
- Neft-qaz layihələri üzrə standart daxili hesabatların hazırlanması və vahid formatda daxili paylaşılmasının təmin edilməsi;
- Neft-qaz layihələri üzrə xalis ixrac dəyərlərinin təhlili və təsdiq üçün təqdim olunması;
- Neft-qaz layihələri üzrə vahid proqnozlaşdırma sistemi üzrə proseslərin icra edilməsi və digər departamentlərlə inteqrasiya edilməsi;
- Neft-qaz layihələri üzrə Maliyyə hesabatlarının (İFRS) peşəkar təhlili və rəylərin hazırlanması;
- Bonus və Akrhesabı ödənişlərinin qeydiyyatının aparılması, formalaşması üzrə analizin aparılması və standart analitik arayışların hazırlanması;
- Hasilatın proqnoz və faktiki icrası üzrə qeydiyyat və analizin aparılması;
- Nəql kəmərləri ilə nəql olunan neftin miqdarı və tarif ödənişi haqqında məlumatın daxili sistemlərdə işlənilməsi;
- HPBS-lər üzrə hasil olunan həcmlər barədə məlumatın daxili sistemlərə işlənilməsi, analitik təhlillərin aparılması və hasilat üzrə standart daxili hesabatların hazırlanması və vahid formatda fonddaxili paylaşılması;
- Dövlətin payına düşən karbohidrogenlərin satış partiyaları üzrə çıxılan xərclərinin müvafiq Müqavilə Şərtləri ilə təhlil edilməsi və daxili sistemlərdə işlənilməsi;
- HPBS üzrə sərmayəçilər qarşısında mənfəət vergisinin dövlətə ödənilməsi öhdəliyinin icra edilməsi prosedurunun həyata keçirilməsi;
- Platts üzərindən, Dövlətin mənfəət neftinin satış qiymətinin formalaşmasının müvafiq qaydada yoxlanılması;
- HPBS-lər üzrə İllik iş proqramının və büdcənin və onun icrasının analizinin aparılması və daxili sistemlərdə işlənilməsi;
- Layihələr üzrə İllik büdcələrin təhlil edilməsi və qərar üçün analizin nəticələrinin təqdim edilməsi
- ERP sisteminə məlumatların daxil edilməsi;
- HPBS və Strateji Layihələr üzrə Müşahidə Şuraları və Ümumi yığıncaqlarda təsdiq üçün təqdim edilmiş sənədlərin təhlili və qərar üçün analizin nəticələrinin təqdim edilməsi;
- Strateji layihələr üzrə gəlirlərin geri qaytarılmasının müəyyən edilmiş mexanizminə uyğunluğunun təhlil edilməsi.
Tələblər
- İqtisadiyyat, Maliyyə, Mühasibatlıq üzrə ali təhsil; CFA, ACCA ixtisaslaşma arzuolunandır;
- MS Office proqramlarında, xüsusilə MS Excel-də yüksək səviyyədə bilik;
- Sahə üzrə 3-5 il təcrübə üstünlükdür;
- Güclü analitik düşüncə və bazar/sektor araşdırma bacarıqları;
- Azərbaycan və ingilis dillərində səlis səviyyədə bilik;
İnzibati, Biznes, İdarəetmə
Neft və qaz
Elanın müddəti bitmişdir