Azərbaycan Respublikası Dövlət Neft Fondu

Enerji layihələri departamentinin iqtisadçısı

По соглашению 0
Полн. занятость
Баку, Азербайджан
10.09.24 - 10.10.24

O работе

  • Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) və Strateji Layihələr üzrə layihə və maliyyə hesabat və modelləri təhlil etmək, iqtisadi göstəriciləri yoxlamaq və modellər üzrə daxili hesabatların hazırlanması, yeni modellərin yaradılması;
  • HPBS-lər üzrə dövlətin payına düşən gəlirlərin satışından əldə olunan gəlirlərin və satış xərclərinin yoxlanılması və daxili sistemlərdə işlənilməsi;
  • HPBS-lər üzrə dövlətin payının gəlirlər və hasilat olaraq müxtəlif sənədlər əsasında mütəmadi olaraq müəyyən edilməsi, təhlil və üzləşdirilmənin həyata keçirilməsi, müvafiq arayışların hazırlanması;
  • Neft – qaz layihələri üzrə hasilatın, xərclərin və digər parametrlərin analitik təhlilinin aparılması;
  • Neft-qaz layihələri üzrə standart daxili hesabatların hazırlanması və vahid formatda daxili paylaşılmasının təmin edilməsi;
  • Neft-qaz layihələri üzrə xalis ixrac dəyərlərinin təhlili və təsdiq üçün təqdim olunması;
  • Neft-qaz layihələri üzrə vahid proqnozlaşdırma sistemi üzrə proseslərin icra edilməsi və digər departamentlərlə inteqrasiya edilməsi;
  • Neft-qaz layihələri üzrə Maliyyə hesabatlarının (İFRS) peşəkar təhlili və rəylərin hazırlanması;
  • Bonus və Akrhesabı ödənişlərinin qeydiyyatının aparılması, formalaşması üzrə analizin aparılması və standart analitik arayışların hazırlanması;
  • Hasilatın proqnoz və faktiki icrası üzrə qeydiyyat və analizin aparılması;
  • Nəql kəmərləri ilə nəql olunan neftin miqdarı və tarif ödənişi haqqında məlumatın daxili sistemlərdə işlənilməsi;
  • HPBS-lər üzrə hasil olunan həcmlər barədə məlumatın daxili sistemlərə işlənilməsi, analitik təhlillərin aparılması və hasilat üzrə standart daxili hesabatların hazırlanması və vahid formatda fonddaxili paylaşılması;
  • Dövlətin payına düşən karbohidrogenlərin satış partiyaları üzrə çıxılan xərclərinin müvafiq Müqavilə Şərtləri ilə təhlil edilməsi və daxili sistemlərdə işlənilməsi;
  • HPBS üzrə sərmayəçilər qarşısında mənfəət vergisinin dövlətə ödənilməsi öhdəliyinin icra edilməsi prosedurunun həyata keçirilməsi;
  • Platts üzərindən, Dövlətin mənfəət neftinin satış qiymətinin formalaşmasının müvafiq qaydada yoxlanılması;
  • HPBS-lər üzrə İllik iş proqramının və büdcənin və onun icrasının analizinin aparılması və daxili sistemlərdə işlənilməsi;
  • Layihələr üzrə İllik büdcələrin təhlil edilməsi və qərar üçün analizin nəticələrinin təqdim edilməsi
  • ERP sisteminə məlumatların daxil edilməsi;
  • HPBS və Strateji Layihələr üzrə Müşahidə Şuraları və Ümumi yığıncaqlarda təsdiq üçün təqdim edilmiş sənədlərin təhlili və qərar üçün analizin nəticələrinin təqdim edilməsi;
  • Strateji layihələr üzrə gəlirlərin geri qaytarılmasının müəyyən edilmiş mexanizminə uyğunluğunun təhlil edilməsi.

Требования

  • İqtisadiyyat, Maliyyə, Mühasibatlıq üzrə ali təhsil; CFA, ACCA ixtisaslaşma arzuolunandır;
  • MS Office proqramlarında, xüsusilə MS Excel-də yüksək səviyyədə bilik;
  • Sahə üzrə 3-5 il təcrübə üstünlükdür;
  • Güclü analitik düşüncə və bazar/sektor araşdırma bacarıqları;
  • Azərbaycan və ingilis dillərində səlis səviyyədə bilik;

Срок действия задания истек

Похожие вакансии