Gəncə,
Azərbaycan
01.03.23
-
31.03.23
İş haqqında məlumat
- Enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normalardan kənara çıxmamasını təmin edir;
- Enerji kəsintisi ilə əlaqəli yaranan vəya ehtimal olunan qəzaların aradan qaldırılması ilə əlaqədar olaraq 7 gün 24 saat iş zamanına uyğun fəaliyyətinin təmini;
- “Şöbə müdiri”, işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür;
- Şöbəsinin fəaliyyəti ilə bağlı rüblük, yarımillik və illik işini təhlil edir və müəyyən olunmuş qaydada birbaşa rəhbərinə hesabat təqdim edir;
- Rabitə avadanlıqlarının soyutma sistemlərinin dayanıqlı istismarı və baxımın təşkili;
- Torpaqlanma sistemlərinin baxımı və istismarının təşkili;
- Təlimata uyğun olaraq torpaqlanma müqavimətinin ölçülməsi və hesabatın verilməsi;
- Bina təsərrüfatlı elektrik sistemləri - istismarı, proflaktikası, təmiri, yeni elektrik qoşulmalarının təşkili;
- Müxtəlif tip, texniki parametrə malik akkumulyatorların İstismarı, proflaktikası, təmiri;
- Dayanıqlı enerji təminatı ilə əlaqəli təkliflərin verilməsi;
- Dizel-generator şəbəkəsində istismarda olan texnoloji avadanlıqlar üçün profilaktik iş planları, cari təmir planlarını işləyib hazırlayır;
- Şöbənin fəaliyyətinin keyfiyyətinin artırılması məqsədi ilə, tabeçiliyində olan personala dəstək olur;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 - 18:00;
- İş yeri: Gəncə, Masallı, Şamaxı, Sumqayıt, Ağdaş və Şirvan şəhərləri.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Energetika üzrə ən azı 4 il təcrübəsi olmalıdır (rəhbərlik üzrə ən azı 3 il əmək stajına malik olmalıdır);
- Kompüter bacarıqları: MS Office, Outlook və qida qurğularının istismarına aid programlarını bilməlidir;
- Qida qurğuları avadanlıqlarının istismar təlimat və qaydalarını, stuktur sxemlərini və digər istismar təlimat və qaydalarını bilməlidir;
- Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqların texniki xarakteristikalarını, elektrik, montaj, prinspial və funksional sxemlərini, konstruktiv xüsusiyyətlərini, təyinatını və iş rejimlərini bilməlidir;
- Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqlarda baş vermiş zədələnmələrin aradan qaldırılması üçün texniki personalın istifadə etdiyi mövcud istismar təlimatlarını mükəmməl bilməlidir;
- Şəbəkənin layihələndirilməsini bilməlidir;
- Şəbəkənin layihə smetasını və planını tərtib etmə bacarığına malik olmalıdır;
- Sürücülük vəsiqəsinin olması və qəza halları zamanı şirkətə məxsus avtomobilləri idarə edə biləcək namizədlərə üstünlük veriləcək;
- Təhlükəsizlik texnikasından ən azı 4-cü qrupa (min-m 3-cü qrupa) malik olmalıdır.
- Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] mail ünvanına göndərə bilər.
Mühəndislik