Aztelekom

Energetika şöbəsinin müdiri

По соглашению
Полн. занятость
Гянджа, Азербайджан
01.03.23 - 31.03.23

O работе

  • Enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normalardan kənara çıxmamasını təmin edir;
  • Enerji kəsintisi ilə əlaqəli yaranan vəya ehtimal olunan qəzaların aradan qaldırılması ilə əlaqədar olaraq 7 gün 24 saat iş zamanına uyğun fəaliyyətinin təmini;
  • “Şöbə müdiri”, işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür;
  • Şöbəsinin fəaliyyəti ilə bağlı rüblük, yarımillik və illik işini təhlil edir və müəyyən olunmuş qaydada birbaşa rəhbərinə hesabat təqdim edir;
  • Rabitə avadanlıqlarının soyutma sistemlərinin dayanıqlı istismarı və baxımın təşkili;
  • Torpaqlanma sistemlərinin baxımı və istismarının təşkili;
  • Təlimata uyğun olaraq torpaqlanma müqavimətinin ölçülməsi və hesabatın verilməsi;
  • Bina təsərrüfatlı elektrik sistemləri - istismarı, proflaktikası, təmiri, yeni elektrik qoşulmalarının təşkili;
  • Müxtəlif tip, texniki parametrə malik akkumulyatorların İstismarı, proflaktikası, təmiri;
  • Dayanıqlı enerji təminatı ilə əlaqəli təkliflərin verilməsi;
  • Dizel-generator şəbəkəsində istismarda olan texnoloji avadanlıqlar üçün profilaktik iş planları, cari təmir planlarını işləyib hazırlayır;
  • Şöbənin fəaliyyətinin keyfiyyətinin artırılması məqsədi ilə, tabeçiliyində olan personala dəstək olur;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Gəncə, Masallı, Şamaxı, Sumqayıt, Ağdaş və Şirvan şəhərləri.

Требования

  • Təhsil: Ali;
  • Təcrübə: Energetika üzrə ən azı 4 il təcrübəsi olmalıdır (rəhbərlik üzrə ən azı 3 il əmək stajına malik olmalıdır);
  • Kompüter bacarıqları: MS Office, Outlook və qida qurğularının istismarına aid programlarını bilməlidir;
  • Qida qurğuları avadanlıqlarının istismar təlimat və qaydalarını, stuktur sxemlərini və digər istismar təlimat və qaydalarını bilməlidir;
  • Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqların texniki xarakteristikalarını, elektrik, montaj, prinspial və funksional sxemlərini, konstruktiv xüsusiyyətlərini, təyinatını və iş rejimlərini bilməlidir;
  • Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqlarda baş vermiş zədələnmələrin aradan qaldırılması üçün texniki personalın istifadə etdiyi mövcud istismar təlimatlarını mükəmməl bilməlidir;
  • Şəbəkənin layihələndirilməsini bilməlidir;
  • Şəbəkənin layihə smetasını və planını tərtib etmə bacarığına malik olmalıdır;
  • Sürücülük vəsiqəsinin olması və qəza halları zamanı şirkətə məxsus avtomobilləri idarə edə biləcək namizədlərə üstünlük veriləcək;
  • Təhlükəsizlik texnikasından ən azı 4-cü qrupa (min-m 3-cü qrupa) malik olmalıdır.
  • Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] mail ünvanına göndərə bilər.


Срок действия задания истек