Göygöl,
Azərbaycan
16.09.24
-
16.10.24
İş haqqında məlumat
- Müəssisədə qəzaların, peşə xəstəliklərinin qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və profilaktik tədbirlərin icrasını təşkil etmək;
- SƏTƏM fəaliyyətini SƏTƏM qaydalarına, eyni zamanda Azərbaycan Respublikasının aidiyyati qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparmaq;
- Səlahiyyətləri çərçivəsində yeni qaydaların, prosseslərin, prosedurların, daxili normativ aktların və sahə standartlarının tərtibatında iştirak etmək;
- “Aztelekom” MMC-nin struktur bölmələrinə cavabdeh şəxslər tərəfindən öz iş sahalərində işləyən işçilərinin giriş təlimatının, iş yerində təlimatların aparılmasına və jurnalda qeyd edilməsinə nəzarət etmək;
- Əməyin mühafizəsi ilə əlaqədar sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət etmək və lazımi tövsiyələr vermək;
- “Aztelekom” MMC-də quraşdırılmış avadanlıqların istismarında təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə və işçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət etmək;
- “Aztelekom” MMC-in işçilərinə əməyin təhlükəsizliyi üzrə təlimlər keçmək;
- Regional filiallarda əmək qanunvericiliyinə və əməyin təhlükəsizliyi və yanğın təhlükəsizliyi tələblərinə riayət edilməsinə nəzarət etmək;
- İstehsalat travmatizminin, peşəkar xəstəliklərinin və istehsalat amilləri ilə şərtlənən xəstəliklərin vəziyyətinin və səbəblərinin uçotunu və təhlilini aparmaq;
- Bölmələrə təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində və aparılmasında, avadanlıqların və cihazların travma təhlükəsizliyinin qiymətləndirilməsində yardım göstərmək.
Tələblər
- Ali təhsil olmalıdır (Ali-texniki təhsilə üstünlük verilir);
- Sahəsi üzrə 3 il təcrübəsi olmalıdır;
- Azərbaycan dilini mükəmməl bilməlidir, ingilis və rus dilləri arzuolunandır;
- SƏTƏM üzrə qaydaları mükəmməl bilməlidir;
- MS Office və Outlook programlarını bilməlidir;
- SƏTƏM üzrə dövlət normativ tələblərini və Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş əməyin mühafizəsi sahəsində beynəlxalq müqavilələri bilməlidir;
- Peşəkar risklərin aşkarlanması, qiymətləndirilməsi və idarə edilməsi metodlarını bilməlidir;
- İş yerlərində əmək şəraitinin öyrənilməsi metodlarını bilməlidir;
- Təşkilatın istehsal və təşkilati strukturu, əsas texnoloji proseslər və istehsal rejimlərini bilməlidir;
- Tətbiq olunan avadanlıqların növləri və onun istismar qaydalarını bilməlidir.
Mühəndislik
İKT
Elanın müddəti bitmişdir