Aztelekom

Əməyin mühafizəsi üzrə mühəndis

По соглашению 0
Полн. занятость
Гёйгёль, Азербайджан
16.09.24 - 16.10.24

O работе

  • Müəssisədə qəzaların, peşə xəstəliklərinin qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və profilaktik tədbirlərin icrasını təşkil etmək;
  • SƏTƏM fəaliyyətini SƏTƏM qaydalarına, eyni zamanda Azərbaycan Respublikasının aidiyyati qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparmaq;
  • Səlahiyyətləri çərçivəsində yeni qaydaların, prosseslərin, prosedurların, daxili normativ aktların və sahə standartlarının tərtibatında iştirak etmək;
  • “Aztelekom” MMC-nin struktur bölmələrinə cavabdeh şəxslər tərəfindən öz iş sahalərində işləyən işçilərinin giriş təlimatının, iş yerində təlimatların aparılmasına və jurnalda qeyd edilməsinə nəzarət etmək;
  • Əməyin mühafizəsi ilə əlaqədar sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət etmək və lazımi tövsiyələr vermək;
  • “Aztelekom” MMC-də quraşdırılmış avadanlıqların istismarında təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə və işçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət etmək;
  • “Aztelekom” MMC-in işçilərinə əməyin təhlükəsizliyi üzrə təlimlər keçmək;
  • Regional filiallarda əmək qanunvericiliyinə və əməyin təhlükəsizliyi və yanğın təhlükəsizliyi tələblərinə riayət edilməsinə nəzarət etmək;
  • İstehsalat travmatizminin, peşəkar xəstəliklərinin və istehsalat amilləri ilə şərtlənən xəstəliklərin vəziyyətinin və səbəblərinin uçotunu və təhlilini aparmaq;
  • Bölmələrə təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində və aparılmasında, avadanlıqların və cihazların travma təhlükəsizliyinin qiymətləndirilməsində yardım göstərmək.

Требования

  • Ali təhsil olmalıdır (Ali-texniki təhsilə üstünlük verilir);
  • Sahəsi üzrə 3 il təcrübəsi olmalıdır;
  • Azərbaycan dilini mükəmməl bilməlidir, ingilis və rus dilləri arzuolunandır;
  • SƏTƏM üzrə qaydaları mükəmməl bilməlidir;
  • MS Office və Outlook programlarını bilməlidir;
  • SƏTƏM üzrə dövlət normativ tələblərini və Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş əməyin mühafizəsi sahəsində beynəlxalq müqavilələri bilməlidir;
  • Peşəkar risklərin aşkarlanması, qiymətləndirilməsi və idarə edilməsi metodlarını bilməlidir;
  • İş yerlərində əmək şəraitinin öyrənilməsi metodlarını bilməlidir;
  • Təşkilatın istehsal və təşkilati strukturu, əsas texnoloji proseslər və istehsal rejimlərini bilməlidir;
  • Tətbiq olunan avadanlıqların növləri və onun istismar qaydalarını bilməlidir.

Срок действия задания истек

Похожие вакансии