Glass House

Elektromexanik

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
08.04.24 - 08.05.24

İş haqqında məlumat

  • Elektrik sxemlərinin oxunması,təmir və bərpa işlərinin həyata keçirilməsini həyata keçirir;
  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil, istehsalın texniki hazırlığını təmin edir;
  • Təmir üçün aidiyyatı təşkilatlarla planları (cədvəlləri) razılaşdırır, onları lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün materialların hazırlanmasında iştirak edir;
  • Avadanlıqların təmiri, təmir – istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib hazırlanmasına, təmir keçirilməsinə smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün müvafiq sənədlərin tərtibatına rəhbərlik edir;
  • Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir;
  • Köhnəlmiş avadanlıq, maşın və mexanizmləri, obyektləri müəyyən edir, onların təmirini növbələşdirir;
  • Eksperiment, quraşdırma, yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak edir;
  • İstər təmir, istərsə də digər işlərin yerinə yetirilməsi zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsalat sanitariyası qaydalarına riayət edilməsini rəhbərlik etdiyi sahənin işçilərindən tələb edir.

Tələblər

  • Yaş: 25-50;
  • Cinsi: Kişi;
  • Təhsil: Ali təhsilli;
  • Dil bilikləri: Rus və ya ingilis dillərini bilən namizədlər tələb olunur;
  • Təcrübə: 3 ildən 5 ilə qədər;
  • Testerlərlə işləməyi bacarmalıdır.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar