Sumqayıt,
Azərbaycan
08.05.24
-
07.06.24
İş haqqında məlumat
- Azərkimya İB-də, Ümid Babək Beynəlxalq Əməliyyat Şirkətinin qurudakı və dənizdəki obyektlərində metal konstruksiyanın montaj və demontaj işləri yerinə yetiriləcək;
- Qartal Tikinti Firmasının metal-konstruksiya sexində Sifarişçi obyektlərində metal konstruksiyaların quraşdırılması üçün sxemə uyğun metal profillər kəsilib, qaynaq üçün hazırlayacaqdır;
- Sifarişçinin obyektlərində əvvəlcədən hazırlanmış metal konstruksiyaları sxemə uyğun quraşdıracaqdır;
- İş yerinə və geriyə daşınma Qartal Tikinti Firmasının nəqliyyat vasitəsilə yerinə yetiriləcəkdir;
- İşlədiyi yerdə firma tərəfindən naharla təmin ediləcəkdir;
- Dənizdə işləyən zaman, platformada gecələmək üçün otaq ayrılacaqdır və səhər, günorta və axşam yeməyi təmin ediləcəkdir;
- İş görüləcək obyektlər: Azərkimya İB, Ümid -Babək Beynəlxalq Əməliyyat Şirkəti, Qartal Tikinti Firmasının metal konstruksiya sexi;
- İş qrafiki: 6 günlük;
- İş saatı: 08:00 - 18:00 (Normadan əlavə iş saatlarının dəyəri ödəniləcəkdir);
- Qartal Tikinti Firmasının baş ofisinin ünvanı: Sumqayıt şəhəri, Koroğlu prospekti 278, 48-ci məhəllə.
Tələblər
- Təcrübə: Müxtəlif hündürlükdə metal konstruksiyadan olan qurğularda montaj və demontaj işlərində ən azı 3 il iş təcrübəsi olmalı;
- Qurğularda montajın texnologiyasını bilməli, verilən işləri sərbəst surətdə yerinə yetirməli;
- İşləri təhlükəsiz yerinə yetirmək üçün hündürlükdə işləmək üçün avadanlıqlarından və Fərdi Mühafizə Vasitələrindən istifadə etməyi bacarmalı, İş Proseduru və Riski Dəyərləndirməni başa düşməli və tələbləri həyata keçirməlidir;
- Hündürlükdə işləmək üçün sertifikatı olanlara üstünlük veriləcək;
- Hündürlükdə işləmək üçün sertifikatı yoxdursa, Qartal Tikinti Firmasının Təlim-Tədris Mərkəzində müvafiq kurs keçdikdən sonra, uyğun nəticə əldə edərsə, müvafiq sertifikat veriləcəkdir;
- Kəsici alətlər: rezak, laqonda işlədə bilməli;
- Çertyojla işləmək və ölçü işlərini sərbəst sürətdə bacarmaq;
- Sumqayıt şəhəri və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir;
- İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında yerinə yetirməli;
- Hündürlükdə işləri yerinə yetirmək üçün sağlamlıq haqqında arayış təqdim etməlidir.
Xidmət
Tikinti və təmir