Baku Steel Company CJSC

Böyük mühasib

Ə/h razılaşma ilə 137
Tam iş günü
Bakı, Azərbaycan
24.05.24 - 23.06.24

İş haqqında məlumat

  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində düzgün əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir;
  • Bütün maliyyə-təsərrüfat əməliyyatları hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir;
  • İlkin uçot sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir;
  • Banklara ssudalar üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət edir;
  • Mal alış sənədlərinin yoxlanılıb mühasibat uçotu proqramına daxil olunmasına nəzarət edir;
  • Alıcılar və satıcılarla hesablaşmalara, bank əməliyyatlarının mühasibat uçotu proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edir;
  • Aylıq, rüblük, illik vergi (Mənfəət, ÖMV, ƏDV, Əmlak, DSMF və s.) və statistik hesabatların dövlət orqanlarına təqdim edilməsini təşkil və nəzarət edir.

Tələblər

  • Təhsil: Ali təhsil (Mühasibat uçotu, maliyyə, iqtisadiyyat);
  • Təcrübə: Sahə üzrə 5 (beş) il, böyük mühasib vəzifəsində ən azı 2 (iki) illik iş təcrübəsi;
  • Kompüter bacarıqları: BTP, 1C 8.3 proqramını, Word və Excel yüksək səviyyədə bilməli;
  • Dil bilikləri: Azərbaycan dilini yüksək səviyyədə bilmək, ingilis və rus dilləri arzu olunandır;
  • Peşəkar Mühasib Sertifikatının (PMS) olması üstünlükdür;
  • Elektron portallarda işləmək bacarığının olması (e-taxes.gov.az, e-gov.az, e-customs.gov.az);
  • Mühasibat, vergi və əmək qanunvericiliyi barədə biliklər.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar