Azərbaycan Dəmir Yolları

Biznesin inkişafı üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
26.04.24 - 26.05.24

İş haqqında məlumat

  • Fəaliyyət istiqamətləri üzrə araşdırmalar aparmaq; 
  • Hədəf qruplar üçün yeni və yaradıcı satış və marketinq təklifləri hazırlamaq;
  • Satış həcminin artırılması məqsədilə layihələr üzrə görülməsi nəzərdə tutulan işləri icra etmək; 
  • Marketinq komandası ilə yaxın işbirliyi içində çalışaraq gəlir artımı hədəflərinə çatmaq; 
  • Müştəri ehtiyaclarını anlamaq və müştəri məmnuniyyətini artırmağa yönəlik həllər təklif etmək; 
  • Yeni potensial əməkdaşlıqlar üçün imkanlar tapmaq və təkliflər irəli sürmək; 
  • Biznes strategiyasının inkişafında və icrasında iştirak etmək;
  • Müəyyən edilmiş xidmət standartlarına uyğun gərəkli sənədləşməni aparmaq; 
  • Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətləri və sorğulara qanunverciliyə uyğun olaraq cavablandırmaq.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahə üzrə ən azı 2  il iş təcrübəsi;
  • Kompüter bacarıqları: MS Office proqramları (sərbəst);
  • Biznesin idarə olunması və təşkilinə dair biliklərə sahib olmalı;
  • Rəqəmsal informasiya sistemlərindən istifadə qaydalarını yaxşı bilməli.


Oxşar vakansiyalar