North West Construction

Bazar araşdırması üzrə mütəxəssis

Ə/h razılaşma ilə 107
Tam iş günü
Bakı, Azərbaycan
23.01.24 - 22.02.24

İş haqqında məlumat

  • Potensial tikinti və özəl investisiya layihələri üçün müvafiq bazarların dövri təhlili;
  • Məhsul və sektor üzrə bazar araşdırması aparmaq;
  • Müxtəlif tədqiqat metodlarından istifadə edərək biznes təhlili üçün gərəkli olan informasiyanı əldə etmək;
  • Müştərilər, rəqiblər və bazar haqqında məlumat toplamaq və məlumatları müvafiq olaraq hesabatlar və təqdimatlar şəklində birləşdirmək;
  • Biznes planların hazırlanmasında və investisiya təhlillərinin aparılmasında iştirak etmək;
  • Tikinti bazarı tendensiyaları və hədəf bazarlarda potensial biznes imkanları haqqında məlumatlı olmaq.

Tələblər

  • Təhsil: Mark eting və müvafiq sahədə təhsil;
  • Təcrübə: Təsdiqlənmiş bazar tədqiqatı və təhlili təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan və ingilis dilləri (Rus dili üstünlükdür);
  • Böyük həcmdə verilənləri şərh etmək və həcmli tapşırıqları yerinə yetirmək bacarığı;
  • Güclü ünsiyyət və təqdimat bacarığı;
  • Məlumat toplama üsulları haqqında müvafiq biliyə sahib olma;
  • Axtarış motorlarından, veb-analitikadan və biznes tədqiqat alətlərindən istifadə etmək bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar