Məkan Saatlı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya Mühəndislik
Vakansiya tarixi 19.01.23 18.02.23

İş haqqında məlumat

  • Filialın mexanizasiya şöbəsinə rəhbərlik edir;
  • Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
  • Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinə baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir.;
  • Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin təmiri üçün lazım olan ehtiyyat hissələrini müəyyən edir və sifariş verir;
  • Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasını həyata keçirir;
  • Müxtəlif dövlət qrumları və idarələri (yol polisi, texniki nəzarət, hərbi qeydiyyata alınma və çağırış ofisləri, nəqliyyat yoxlamaları, əmək müfəttişlikləri) ilə bağlı sənədləşdirmə və digər işləri icra edir;
  • Təmir işlərinin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsinə texniki nəzarəti təşkil edir;
  • Köhnəlmiş avadanlıqlar və ehtiyyat hissələrini müəyyən edir və onların təmirini növbələşdirir;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir;
  • Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir;
  • İş planına uyğun şəkildə nasaz avadanlıqla bağlı mümkün qədər daha detallı məlumat almaq məqsədi ilə bütün müvafiq işçi heyəti ilə məsləhətləşir;
  • Materialların və ehtiyyat hissələrinin düzgün ölçüsü, növü və sayını müəyyənləşdirir, əldə edir və onların işin xüsusiyyətlərinə uyğunluğunu yoxlayır;
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirir, qabaqlayıcı və ya nəzarət tədbirləri görür;
  • İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlayır;
  • Təlimatlara istinad edərək təmir ilə bağlı ehtiyac duyulan məlumatları əldə edir və onların iş prosesinə tətbiq edilməsini təmin edir;
  • Hissələrin sökülməsi və yararlılığının qiymətləndirilməsi məqsədi ilə texniki xidmət və ya təmir tələblərini müvafiq qulluq sənədlərinə uyğun şəkildə müəyyənləşdirir;
  • Təmir işlərinin düzgün şəkildə protokollaşdırılmasını yekunlaşdırır, nəqliyyat vasitələrinə və avadanlığa gələcəkdə ediləcək qulluq tələblərini müəyyənləşdirmələri üçün müvafiq işçi heyətinə istifadə məqsədi ilə göndərir;
  • İşdən əvvəl tabeçiliyində olan işçirləri təlimatlandırmaqla təmir prosesinə hazırlaşdırır;
  • Təmir işlərinin ardıcıllığını planlaşdırır;
  • Təmir üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlayır;
  • İstifadə olunan materiallar və tətbiq olunan metodlar daxil olmaqla proseslərin qeydiyyatını aparır;
  • Xidmət barədə hesabatı rəhbərliyə çatdırır;
  • Bütün fəaliyyətində yüksək etik standardları, məxfiliyi və şəffaflığı qoruyub, saxlayır;
  • Bütün daxili prosedur,təlimat və qaydalara riayət edir;
  • Tələb olunan kimi digər vəzifələri yerinə yetirir;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqları icra edir.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Müfaviq sahədə (oxşar sahədə) 3 illik iş təcrübəsi;
  • Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını və təmir metodlarını bilməlidir;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilməlidir;
  • Sürücülük vəsiqəsi;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Analitik, liderlik, ünsiyyət, məntiqi düşüncə və qərar qəbuletmə bacarıqları.
  • İşi ilə bağlı ezamiyyətlərdə ola bilmək.

Bizi Teleqramda izləyin.

Oxşar vakansiyalar