Bakı,
Azərbaycan
18.05.23
-
17.06.23
İş haqqında məlumat
- E-qaimələrin göndərilməsi, hesab-faktura və digər zəruri sənədlərin düzgün hazırlanmasına nəzarət edilməsi;
- Satışlar, göstərilən xidmətlər və satınalmalar üzrə əməliyyatların 1C-ə daxil edilməsi;
- Bank və kassa əməliyyatlarının icra edilməsi;
- Əmək haqqının və məzuniyyət ödənişlərinin hesablanması və köçürülməsi;
- Alıcılarla və malsatanlarla qarşılıqlı üzləşmə aktlarının hazırlanması;
- İdxal üzrə əməliyyatların düzgün icra edilməsi;
- Kadrların qeydiyyatı üzrə əməliyyatların icrası, ştat cədvəlinə, tabel və sair kadr işləri ilə bağlı sənədlərin qaydasında olmasına ciddi riayət olunması;
- Yeni kadrların emas.sosial.gov.az portalında qeydiyyatı, məlumat dəyişikliklərinin daxil edilməsi və əmək müqaviləsinin ləğvi zamanı sistemə xitam bildirişinin daxil edilməsi ilə bağlı işin təşkili;
- Rəhbərin müvafiq tapşırıqlarının yerinə yetirilməsi və gündəlik hesabatların verilməsi;
- İşçi əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir;
- İş qrafiki: 6 günlük;
- İş saatı: 09:00 - 18:00
- İş yeri: Bakı ş., Hüseynbala Əliyev 107 (Memar Əcəmi metrosu yaxınlığı).
Tələblər
- Cinsi: Xanım;
- Təhsil: Ali;
- Kompüter bacarıqları: Microsoft Word, Excel proqramlarını bilməli;
- Ofis avadanlıqları ilə işləmə bacarığı;
- Komandada işləmə bacarığı, dəqiq, intizamlı və məsuliyyətli olmalı;
- Əmək məcəlləsinin, vergi məcəlləsinin və tələb edilən qanunvericilik sahələrini bilməli.
Mühasib
Nəşriyyat və poliqrafiya