EnvixPrint

Baş mühasib

По соглашению
Полн. занятость
Баку, Азербайджан
18.05.23 - 17.06.23

O работе

  • E-qaimələrin göndərilməsi, hesab-faktura və digər zəruri sənədlərin düzgün hazırlanmasına nəzarət edilməsi;
  • Satışlar, göstərilən xidmətlər və satınalmalar üzrə əməliyyatların 1C-ə daxil edilməsi;
  • Bank və kassa əməliyyatlarının icra edilməsi;
  • Əmək haqqının və məzuniyyət ödənişlərinin hesablanması və köçürülməsi;
  • Alıcılarla və malsatanlarla qarşılıqlı üzləşmə aktlarının hazırlanması;
  • İdxal üzrə əməliyyatların düzgün icra edilməsi;
  • Kadrların qeydiyyatı üzrə əməliyyatların icrası, ştat cədvəlinə, tabel və sair kadr işləri ilə bağlı sənədlərin qaydasında olmasına ciddi riayət olunması;
  • Yeni kadrların emas.sosial.gov.az portalında qeydiyyatı, məlumat dəyişikliklərinin daxil edilməsi və əmək müqaviləsinin ləğvi zamanı sistemə xitam bildirişinin daxil edilməsi ilə bağlı işin təşkili;
  • Rəhbərin müvafiq tapşırıqlarının yerinə yetirilməsi və gündəlik hesabatların verilməsi;
  • İşçi əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir;
  • İş qrafiki: 6 günlük;
  • İş saatı: 09:00 - 18:00
  • İş yeri: Bakı ş., Hüseynbala Əliyev 107 (Memar Əcəmi metrosu yaxınlığı).

Требования

  • Cinsi: Xanım;
  • Təhsil: Ali;
  • Kompüter bacarıqları: Microsoft Word, Excel proqramlarını bilməli;
  • Ofis avadanlıqları ilə işləmə bacarığı;
  • Komandada işləmə bacarığı, dəqiq, intizamlı və məsuliyyətli olmalı;
  • Əmək məcəlləsinin, vergi məcəlləsinin və tələb edilən qanunvericilik sahələrini bilməli.


Срок действия задания истек