Azər Glass MMC

Baş mühasib

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
27.03.24 - 26.04.24

İş haqqında məlumat

  • Azərbaycan Respublikasının Qanunvericiliyinin tələblərinə uyğun olaraq uçotun təşkil edilməsi, aidiyyatı Dövlət strukturlarına və müəssisə rəhbərliyinə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini əks etdirən bütün məlumatların vaxtında təqdim edilməsinin təşkil edilməsi;
  • Vergi hesabatlarının (Mənfəət,ÖMV, ƏDV, əmlak, DSMF və s.) təqdim edilməsi;
  • Müəssisə üzrə aylıq, rüblük və illik hesabatların vergi, statistika və DSMF-na göndərilməsi;
  • ƏDV depozit hesabı və şəxsi hesab vərəqəsinə nəzarət etmək, ödənişləri təmin etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, qoyulan vaxt ərzində ödənilməsi;
  • Debitor və kreditor borclara nəzarət etmək;
  • Balansın və onun əlavələrinin tərtib edilməsinə və aidiyatı üzrə təqdim edilməsi;
  • Müəsisənin aktiv və öhdəliklərinin mütəmadi inventarizasiyasının aparılması;
  • Xərclərə nəzarət və optimallaşdırılması üçün təkliflərin hazırlanması;
  • Müəssisə rəhbərliyi tərəfindən verilən əmrlərin, sərəncamların və digər yazılı göstərişlərin icrasının təşkili;
  • İş qrafiki: 6 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Təhsil: Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
  • Təcrübə: Baş mühasib kimi ən azı 7-10 il iş təcrübəsi;
  • Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı AR qanunvericiliyi, Vergi məcəlləsini bilməli;
  • Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli;
  • Peşəkar mühasib sertrifikatının olması arzuolunandır;
  • MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
  • İnternet bankinq ilə işləyə bilməli.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar