Başak Group

Mühasib

1500 - 1700 ₼ 464
Tam iş günü
Bakı, Azərbaycan
26.07.24 - 25.08.24

İş haqqında məlumat

  • Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və köçürülməsini təmin etmək;
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
  • Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Əmək haqqının hesablanılması və ödənilməsi, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək;
  • Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
  • E-qaimələrin, təhvil-təslim aktlarının, müqavilələrin hazırlanması;
  • Məzuniyyət, xəstəlik vərəqələrinin və son haqq-hesabın hesablanması;
  • Debitor və kreditorlara nəzarət edilməsi;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkili və nəzarət edilməsi;
  • Nahar şirkət tərəfindən verilir;
  • Korporativ nömrə (korporativ paket);
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.

Tələblər

  • Təhsil: Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
  • Təcrübə: Müvafiq sahə üzrə 5 ildən yuxarı təcrübə;
  • Dil bilikləri: Azərbaycan dili ( rus və ingilis dili üstünlükdür);
  • Kompüter bacarıqları: MS Office və 1C 8.3 proqramı biliyi (mütləqdir);
  • Ünsiyyət qurmaq bacarığı;
  • Kollektivdə işləmək bacarığı;
  • Vergi Məcəlləsi üzrə biliklər;
  • Dövlət orqanlarına hesabatların təqdim etməyi bacarmalı (ƏDV, DSMF, Statistika və s.);
  • Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən Mühasibat Uçotu və Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi Qaydalarını bilməli;
  • Tikinti və satış sahəsi üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar