Unitrade

Audit şöbəsinin müdiri

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
17.05.23 - 16.06.23

İş haqqında məlumat

  • Vergi məsələlərin həllində birbaşa iştirak və vergi hesabatlarının təhlili;
  • Büdcə-proqnoz işlərinin təşkili, şirkətin mailiyyə hesabatlılıq sisteminin təhlil və təqibi;
  • Aktivlərin sayımında iştirak və təhlil;
  • Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
  • Təsisçinin göstərişinə əsasən plandan kənar auditlərin aparılması, monitorinqlərin həyata keçirilməsi;
  • Audit zamanı müəyyən olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planının icrasının təqib edilməsi, filiallarda yoxlamaların aparılması;
  • Auditin nəticələri barədə rəhbərliyə hesabat vermək və müəssisənin fəaliyyətində dəyişikliklərə dair tövsiyələr təqdim etmək;
  • Şirkətin risklərin idarə edilməsi, daxili nəzarət və korporativ idarəetmə proseslərinin səmərəliliyi və adekvatlılığını sistemli və ciddi bir yanaşma ilə dəyərləndirmək və təkmilləşdirmək;
  • Təşkilati proseslərin güclü və zəif cəhətlərini təhlil etmək, habelə cari və gələcək imkanlar da daxil olmaqla fəaliyyət planına tövsiyələr vermək;
  • Maliyyə hesabatlarına təsir edə biləcək hüquqi məsələləri nəzərdən keçirmək və tövsiyələr vermək;
  • Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək;
  • Maliyyə hesabatlarının dəqiqliyini və etibarlığını qiymətləndirmək;
  • Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatları tərtib etmək;
  • Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək;
  • AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Koroğlu m., Anbarım (Əli Vəliyev küç.1).

Tələblər

  • Təhsil: Ali iqtisadi;
  • Təcrübə: Müvafiq sahədə 5-10 il (distribusiya sahəsində iş təcrübəsi arzuolunandır);
  • Kompüter bacarıqları: MS Office proqramlarını bilməli, 1C, Micro proqramları ilə işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili, rus dili və ingilis dili əla səviyyədə bilməli;
  • Vergi qanunvericiliyi, BMU sistemi ilə yaxindan tanışlıq, beynəlxalq sertifikatları olanlara üstünlük veriləcək;
  • Təhlil, analitik düşüncə və yüksək ünsiyyət qurma qabiliyyəti;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar