Neptun-S MMC

Audit

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
16.04.24 - 16.05.24

İş haqqında məlumat

  • Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak etmək;
  • Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq;
  • Şirkətin siyasətləri, prosedurlar, standartlar və digər normativ sənədləri qiymətləndirmək;
  • Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək;
  • Şirkətdə yaranan qabaqcıl təcrübələrin qiymətləndirilməsini aparmaq və rəy vermək;
  • Dövri olaraq daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabatları və rəylər hazırlamaq;
  • Müstəqil (kənar) audit proseslərinə dəstək olmaq;
  • Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlər aparmaq və tapşırıqları yerinə yetirmək;
  • Daxili nəzarət mühitinin qiymətləndirməsinə dair testlər aparmaq və digər tapşırıqları yerinə yetirmək;
  • Şirkətin Daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək;
  • Şirkətdə risk idarəedilməsinin inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərin aparılması qaydasına rəy bildirmək;
  • Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq;
  • Mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında Departamentinin adından iştirak etmək;
  • Departament büdcəsinin hazırlamasında iştirak;
  • Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlamaq;
  • Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;
  •  Ezamiyyətlər mövcuddur.

Tələblər

  • Cinsi: Kişi;
  • Kompüter bacarıqları: Excel (yüksək səviyyədə), Logo Tiger proqramı (arzuolunandır);
  • Təhsil: Ali;
  • Hərbi bilet (orduya yararlı və ya yararsız fərqi yoxdur);
  • Kollektiv ilə işləmək bacarığı;
  • İşində ciddi və məsuliyyətli dürüst olmalı;
  • Analitik düşünmək, istənilən problemi zamanında cəld, operativ həll etmək bacarığı;
  • Rəhbərliyin tapşırıqlarını vaxtında icra etmək, gündəlik görülən işlər haqqında məlumat vermək.


Oxşar vakansiyalar