Bakı,
Azərbaycan
06.03.23
-
05.04.23
İş haqqında məlumat
- Audit nəticələri barədə yüksək vəzifəli şəxslərin, menecerlərin və tərəfdaşların vaxtında məlumatlandırılması;
- Auditlə bağlı problemlər yarandıqda, şirkətin tələblərinə uyğun olaraq onların həlli üçün təkliflər vermək;
- Siyasət və prosedurlarına uyğun olaraq audit tapşırığının nəticələrini qiymətləndirmək, iş prosesi zamanı aşkar edilmiş bütün zəif cəhətləri göstərmək və onları təkmilləşdirmək üçün təkliflər vermək;
- Audit nəticələri haqqında hesabatlar və rəylər hazırlamaq;
- Komanda üzvü kimi səmərəli işləmək, məsuliyyəti bölüşmək, dəstək vermək, ünsiyyət saxlamaq;
- Müştərilərə və digər tərəflərə çatdırılacaq hesabatların və cədvəllərin hazırlanmasını təmin etmək.
Tələblər
- Təhsil: Ali (mühasibat uçotu, maliyyə, iqtisadiyyat, audit, hüquq və digər əlaqədar sahələr);
- Təcrübə: Analoji sahə üzrə iş təcrübəsi;
- Kompüter bacarıqları: Ofis proqramlarından və zəruri proqram təminatından istifadə üzrə peşəkar biliklər (MS Excel, MS Word, MS Power Point, 1 C - 8.3);
- Dil bilikləri: Xarici dil bilikləri (rus, ingilis);
- Mövcud audit üsulları haqqında hərtərəfli biliklərə sahib olmaq;
- Beynəlxalq Audit Standartları (BAS) üzrə biliklərin başa düşülməsi və tətbiqinə dair biliklər;
- Beynəlxalq Mühasibat Uçotu və Maliyyə Hesabatları Standartları (BMHS və MHBS), eyni zamanda Azərbaycan standartları haqqında anlayış və onların tətbiqi təcrübəsi;
- Audit fəaliyyətinin həyata keçirilməsinə aid Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilikləri üzrə peşəkar səviyyədə biliklər;
- Beynəlxalq sertifikatların olması;
- Komanda ruhlu olmalı;
- Analitik təhlil və araşdırma bacarığına sahib olmalı;
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına sahib olmalı;
- Öyrətmə və izah etmək bacarığına sahib olmalı;
- Problemləri həll etmə bacarığı olmalı;
- Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
- Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.
Auditor
Maliyyə xidmətləri