Elmanado Collection
800 - 1500 ₼
Полн. занятость
Баку, Азербайджан
06.03.23 - 05.04.23

O работе

  • Audit nəticələri barədə yüksək vəzifəli şəxslərin, menecerlərin və tərəfdaşların vaxtında məlumatlandırılması;
  • Auditlə bağlı problemlər yarandıqda, şirkətin tələblərinə uyğun olaraq onların həlli üçün təkliflər vermək;
  • Siyasət və prosedurlarına uyğun olaraq audit tapşırığının nəticələrini qiymətləndirmək, iş prosesi zamanı aşkar edilmiş bütün zəif cəhətləri göstərmək və onları təkmilləşdirmək üçün təkliflər vermək;
  • Audit nəticələri haqqında hesabatlar və rəylər hazırlamaq;
  • Komanda üzvü kimi səmərəli işləmək, məsuliyyəti bölüşmək, dəstək vermək, ünsiyyət saxlamaq;
  • Müştərilərə və digər tərəflərə çatdırılacaq hesabatların və cədvəllərin hazırlanmasını təmin etmək.

Требования

  • Təhsil: Ali (mühasibat uçotu, maliyyə, iqtisadiyyat, audit, hüquq və digər əlaqədar sahələr);
  • Təcrübə: Analoji sahə üzrə iş təcrübəsi;
  • Kompüter bacarıqları: Ofis proqramlarından və zəruri proqram təminatından istifadə üzrə peşəkar biliklər (MS Excel, MS Word, MS Power Point, 1 C - 8.3);
  • Dil bilikləri: Xarici dil bilikləri (rus, ingilis);
  • Mövcud audit üsulları haqqında hərtərəfli biliklərə sahib olmaq;
  • Beynəlxalq Audit Standartları (BAS) üzrə biliklərin başa düşülməsi və tətbiqinə dair biliklər;
  • Beynəlxalq Mühasibat Uçotu və Maliyyə Hesabatları Standartları (BMHS və MHBS), eyni zamanda Azərbaycan standartları haqqında anlayış və onların tətbiqi təcrübəsi;
  • Audit fəaliyyətinin həyata keçirilməsinə aid Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilikləri üzrə peşəkar səviyyədə biliklər;
  • Beynəlxalq sertifikatların olması;
  • Komanda ruhlu olmalı;
  • Analitik təhlil və araşdırma bacarığına sahib olmalı;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına sahib olmalı;
  • Öyrətmə və izah etmək bacarığına sahib olmalı;
  • Problemləri həll etmə bacarığı olmalı;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
  • Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.


Срок действия задания истек