Bakı,
Azərbaycan
15.10.24
-
15.11.24
İş haqqında məlumat
- İstirahət üçün gələn qonaqlar otelə yönləndirən səyahət agentlikləri və digər şirkətlərdən otelə yeni və köhnə müştərilərin cəlb edilməsinə cavabdeh olmaq və qonaq gözləntilərinin üstələmək;
- Davamlı olaraq peşəkar, dostyana xidmət təklif etmək:
- Müştərilər və birbaşa rəhbərlə qonaq tədbirnə aid bütün məlumatları razılaşdırmaq;
- 5 Aylıq, rüblük və illik satış hədəflərinə nail olunmasını təmin etmək;
- Xüsusi fəaliyyət planının hazırlanması və icrası vasitəsilə kollektiv, qısamüddətli və /və ya banket xarakterli biznesin təşkilini həyata keçirmək;
- Yazılı müqavilələr əsasında təsdiqlənən qiymət parametrlərini və kvotalarını müəyyən etmək və razılaşdırmaq;
- Otel və ticarətlə bağlı şirkətlər çərçivəsində ticarət sərgilərinə, reklam tədbirlərinə qatılmaq;
- Ödəniş prosedurlarının təşkil etmək, istənilən deposit və/və ya kreditlərin qəbulu haqqında adekvat məlumat toplamaq və qəbul oluna biləcək müddət ərzində alındığına əmin olmaq;
- Son dəqiqə baş verə biləcək dəyişikliklər barədə lazımi departamentlərin məlumatlılığını təmin etmək, tədbir və topdansatış şirkətlərlə olan müqavilələri nəzərdən keçirmək üçün gündəlik görüşləri təşkil etmək və/və ya onlarda iştirak etmək;
- Tələb olunduqca həftəlik, aylıq, rüblük və illik hesabatlar hazırlamaq;
- Şirkət əməkdaşlarına və qonaqlara nəzakətli şəkildə kömək etmək və düzgün koordinasiyanı təmin etmək;
- Təşkil ediləcək tədbirdən və otelə gələcək olan qrupdan öncə bütün lazimi məlumatları tam və düzgün şəkildə adiyyəti şöbələrlə bölüşmək;
- Müştəri suallarının peşəkar şəkildə cavablandırmaq və ehtiyac və tələblərini başa düşmək;
- Satışları səmərəli şəkildə yaxşılaşdırmaq üçün strategiyalar hazırlamaq;
- Davamlı olaraq satış kvotalarını yerinə yetirmək və ya üstələmək;
- Otelin satış strategiyasına uyğun olaraq yeni potensial imkanlar araşdırmaq və satışın bütün sahələrində müvafiq gedişatdan xəbərdar olmaq.
Tələblər
- Ali təhsil (turizm və otelçiliyin idarəedilməsi arzuolunandır);
- Müvafiq vəzifə üzrə təcrübə;
- Opera PMS Software, Microsoft Windows kompüter proqramlarını bilmək;
- Əla yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq;
- Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq;
- Son dərəcə məsuliyyətli və etibarlı olmaq;
- Diqqətini qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq;
- Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək;
- Səlis Azərbaycan,İngilis,Rus dili;
- Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq;
- Dinamik, öyrənməyə həvəsli olmaq;
- Yaxşı satış və təqdimat bacarığı olmaq;
- Eyni zamanda birdən çox işi idarə etmək bacarığı olmaq.
Satış
Turizm
Elanın müddəti bitmişdir