Fairmont Baku

Assistant sales manager (Satış menecerinin köməkçisi)

По соглашению 91
Полн. занятость
Баку, Азербайджан
15.10.24 - 15.11.24

O работе

  • İstirahət üçün gələn qonaqlar otelə yönləndirən səyahət agentlikləri və digər şirkətlərdən otelə yeni və köhnə müştərilərin cəlb edilməsinə cavabdeh olmaq və qonaq gözləntilərinin üstələmək;
  • Davamlı olaraq peşəkar, dostyana xidmət təklif etmək:
  • Müştərilər və birbaşa rəhbərlə qonaq tədbirnə aid bütün məlumatları razılaşdırmaq;
  • 5 Aylıq, rüblük və illik satış hədəflərinə nail olunmasını təmin etmək;
  • Xüsusi fəaliyyət planının hazırlanması və icrası vasitəsilə kollektiv, qısamüddətli və /və ya  banket xarakterli biznesin təşkilini həyata keçirmək;
  • Yazılı müqavilələr əsasında təsdiqlənən qiymət parametrlərini və kvotalarını müəyyən etmək və razılaşdırmaq;
  • Otel və ticarətlə bağlı şirkətlər çərçivəsində ticarət sərgilərinə, reklam tədbirlərinə qatılmaq;
  • Ödəniş prosedurlarının təşkil etmək, istənilən deposit və/və ya kreditlərin qəbulu haqqında adekvat məlumat toplamaq və qəbul oluna biləcək müddət ərzində alındığına əmin olmaq;
  • Son dəqiqə baş verə biləcək dəyişikliklər barədə lazımi departamentlərin məlumatlılığını təmin etmək, tədbir və topdansatış şirkətlərlə olan müqavilələri nəzərdən keçirmək üçün gündəlik görüşləri təşkil etmək və/və ya onlarda iştirak etmək;
  • Tələb olunduqca həftəlik, aylıq, rüblük və illik hesabatlar hazırlamaq;
  • Şirkət əməkdaşlarına və qonaqlara nəzakətli şəkildə kömək etmək və  düzgün koordinasiyanı təmin etmək;                                    
  • Təşkil ediləcək tədbirdən və otelə gələcək olan qrupdan öncə bütün lazimi məlumatları tam və düzgün şəkildə adiyyəti şöbələrlə bölüşmək;
  • Müştəri suallarının peşəkar şəkildə cavablandırmaq və ehtiyac və tələblərini başa düşmək;
  • Satışları səmərəli şəkildə yaxşılaşdırmaq üçün strategiyalar hazırlamaq;
  • Davamlı olaraq satış kvotalarını yerinə yetirmək və ya üstələmək;
  • Otelin satış strategiyasına uyğun olaraq yeni potensial imkanlar araşdırmaq və satışın bütün  sahələrində müvafiq gedişatdan xəbərdar olmaq.

Требования

  • Ali təhsil (turizm və otelçiliyin idarəedilməsi arzuolunandır);
  • Müvafiq vəzifə üzrə təcrübə;
  • Opera PMS Software, Microsoft Windows kompüter proqramlarını bilmək;
  • Əla yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq;
  • Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq;
  • Son dərəcə məsuliyyətli və etibarlı olmaq;
  • Diqqətini qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq;
  • Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək;
  • Səlis Azərbaycan,İngilis,Rus dili;
  • Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq;
  • Dinamik, öyrənməyə həvəsli olmaq;
  • Yaxşı satış və təqdimat bacarığı olmaq;
  • Eyni zamanda birdən çox işi idarə etmək bacarığı olmaq.


Похожие вакансии