Местоположение Хырдалан, Азербайджан
Тип работы Полная занятость
Категория Административный, Бизнес, Менеджмент
Дата вакансии 26.01.23 25.02.23

O работе

  • Ümumi işlər şöbəsinin əsasnaməsinə əsasən vəzifə öhdəliklərini icra edir;
  • Şöbə daxilində sənədləşmə işinin aparılmasını icra edir;
  • Sənədlərin göndərilməsini icra edir;
  • Sənədlərin icra müddətinə nəzarət edir və direktora məruzə edir;
  • Sənədlərin surətini çıxarma, çoxaltma və elektronlaşdırma işini icra edir;
  • Direktorun tapşırığı əsasında sənədlərin standart biçimlərini tərtib edir;
  • Protokol, məktub, etibarnamə, qərar, əmr, arayış, ərizə, akt və digər sənədləri ehtiyac yaranarsa müxtəlif dillərə tərcümə edilməsi işində iştirak edir;
  • Kənar təşkilatlardan gələn məktubları qəbul edir, qeydiyyatını aparır, struktur bölmələrinə və ya konkret vəzifəli şəxslərə verir;
  • Şirkətin baş ofisinin şöbələri və vəzifəli şəxlərinin tərtib etdiyi və kənar təşkilatlar üçün nəzərdə tutulan sənədlərin göndərilməsini təşkil edir və “Xaric olan sənədlər jurnalında” qeydə alır;
  • Kənar təşkilatlardan daxil olan sənədlərin qəbul edilməsini və şirkətin baş ofisinin şöbələri və vəzifəli şəxlərinə çatdırılmasını icra edir və “Daxil olan sənədlər jurnalında” qeydə alır;
  • Kənar təşkilatlara göndərilən sənədlərin kuryer və ya daxili sürücü əməkdaşlar vasitəsilə göndərilməsini təmin edir;
  • Arxivə bilavasitə cavabdehlik daşıyır;
  • Kargüzarlıqda başa çatmış sənədləri təşkilatın şöbə və bölmələrindən qəbul edir;
  • İş nomenklaturasının işlənib hazırlanmasını icra edir, arxivə təhvil verilməsində onların formalaşmasının və rəsmiləşdirilməsinin düzgünlüyünü yoxlayır;
  • Arxivə təhvil verilən sənədlərin uçotunun təşkilini icra edir və dövryyəsinə nəzarət edir;
  • Arxivə daxil olan sənədli materialların mühafizəsini və sağlam şəraitdə (quru və səliqəli) qorunmasını təmin edir;
  • Şöbə rəhbərlərinin yazılı müraciətləri və direktorun yazılı icazəsi əsasında arxivdən müvəqqəti olaraq sənədləri verir və onların uçotunu aparır;
  • Arxiv sənədlərini və surətlərini verir və arxiv sənədlərində olan məlumatlar əsasında lazımi arayışlara, tələblərə cavab tərtib edir və onların hesabını aparır;
  • Arxivin işi haqqında hesabatı tərtib etmək üçün məlumatlar hazırlayır;
  • Direktorun tapşırığı ilə lazımı stukturlara rəsmi məktubların hazırlanmasını icra edir;
  • Rəhbərlik tərəfindən verilən vəzifə funksiyasına müvafiq tapşırıqları yerinə yetirir;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00-dan 17:00-a qədər;
  • İş yeri: Xırdalan ərazisində yerləşir.

Требования

  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dili bilikləri əlavə üstünlükdür;
  • Kompüter bilikləri: MS Office proqramları;
  • Təşkilati, analitik və idarəetmə bacarıqları.

Bizi Teleqramda izləyin.

Похожие вакансии