Баку,
Азербайджан
09.05.23
-
08.06.23
O работе
- Vəzifə öhdəliklərinə uyğun olaraq satınalmalar planı hazırlamaq və onun tətbiqini təmin etmək;
- Strateji və əsas biznes müqavilələri ilə bağlı satınalmalar strategiyasının formalaşdırılması məqsədilə proqnoz xarakterli məlumatlar toplamaq və tələbatla əlaqədar təhlil aparmaq üçün əməliyyat şöbəsi ilə əməkdaşlıq etmək;
- Daxili müştərilər ilə xüsusi əhəmiyyətli, yüksək riskli və yüksək prioritetli müqavilələr üçün müqavilələrin icrasına nəzarətin əhatə dairəsini və təchizat strategiyalarını nəzərdən keçirmək və müəyyənləşdirmək;
- Pul vəsaitlərinin hərəkəti, maliyyələşdirmə, istiqraz vərəqələrinin buraxılışı, valyuta, risklərin qarşısının alınması üzrə siyasəti nəzərdən keçirmək və müəyyənləşdirmək;
- Kommersiya və texniki qiymətləndirmə prosesini başlatma;
- Texniki komandanın verdiyi məlumatları qəbul etmək və onları tender iştirakçıları ilə paylaşmaq;
- Ehtiyac yaranarsa, tender təklifini nəzərdən keçirmək;
- Satınalmanın həcmi ilə şərtlər, zəmanətlər, kompensasiya və sığorta arasındakı uyğunsuzluqları nəzərdən keçirmək;
- Kommersiya qiymətləndirməsini yekunlaşdırmaq;
- Tenderdən sonra danışıqlar aparmaq və müqavilənin təltif olunması ilə bağlı tövsiyə vermək;
- Müqavilənin təltif olunmasından sonrakı fəaliyyətlərin icrası üçün əsas maraqlı tərəflərlə əlaqələr qurmaq;
- Əhatə dairəsinin dəyişməsi və şikayət və iddia tələblərinə baxılması ilə bağlı mübahisəli məsələlərin həllində iştirak etmək;
- Dəyişikliklə bağlı sorğunun verilməsi və müqaviləyə düzəlişlərin təklif olunması prosesini idarə etmək;
- Satınalmaların və xidmətlərin keyfiyyətini qoruyub saxlayarkən və ya təkmilləşdirərkən xərclərin optimallaşdırılmasına nail olmaq.
Требования
- Təhsil: Ali ( CIPS sertifikatları);
- Təcrübə: Müvafiq sahədə 5 il;
- Dil bilikləri: İngilis dili;
- Kompüter bacarıqları: MS Office proqramlarını bilməlidir;
- Müqavilələrin icrasına nəzarət üzrə peşəkarlıq;
- Danışıqlar aparmaq;
- Bazar araşdırması və təhlili;
- Maraqlı tərəflər arasında fəaliyyət.
Административный, Бизнес, Менеджмент
ИКТ