Azerconnect LLC

Təchizat üzrə aparıcı mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
09.05.23 - 08.06.23

İş haqqında məlumat

  • Vəzifə öhdəliklərinə uyğun olaraq satınalmalar planı hazırlamaq və onun tətbiqini təmin etmək;
  • Strateji və əsas biznes müqavilələri ilə bağlı satınalmalar strategiyasının formalaşdırılması məqsədilə proqnoz xarakterli məlumatlar toplamaq və tələbatla əlaqədar təhlil aparmaq üçün əməliyyat şöbəsi ilə əməkdaşlıq etmək;
  • Daxili müştərilər ilə xüsusi əhəmiyyətli, yüksək riskli və yüksək prioritetli müqavilələr üçün müqavilələrin icrasına nəzarətin əhatə dairəsini və təchizat strategiyalarını nəzərdən keçirmək və müəyyənləşdirmək;
  • Pul vəsaitlərinin hərəkəti, maliyyələşdirmə, istiqraz vərəqələrinin buraxılışı, valyuta, risklərin qarşısının alınması üzrə siyasəti nəzərdən keçirmək və müəyyənləşdirmək;
  • Kommersiya və texniki qiymətləndirmə prosesini başlatma;
  • Texniki komandanın verdiyi məlumatları qəbul etmək və onları tender iştirakçıları ilə paylaşmaq;
  • Ehtiyac yaranarsa, tender təklifini nəzərdən keçirmək;
  • Satınalmanın həcmi ilə şərtlər, zəmanətlər, kompensasiya və sığorta arasındakı uyğunsuzluqları nəzərdən keçirmək;
  • Kommersiya qiymətləndirməsini yekunlaşdırmaq;
  • Tenderdən sonra danışıqlar aparmaq və müqavilənin təltif olunması ilə bağlı tövsiyə vermək;
  • Müqavilənin təltif olunmasından sonrakı fəaliyyətlərin icrası üçün əsas maraqlı tərəflərlə əlaqələr qurmaq;
  • Əhatə dairəsinin dəyişməsi və şikayət və iddia tələblərinə baxılması ilə bağlı mübahisəli məsələlərin həllində iştirak etmək;
  • Dəyişikliklə bağlı sorğunun verilməsi və  müqaviləyə düzəlişlərin təklif olunması prosesini idarə etmək;
  • Satınalmaların və xidmətlərin keyfiyyətini qoruyub saxlayarkən və ya təkmilləşdirərkən xərclərin optimallaşdırılmasına nail olmaq.

Tələblər

  • Təhsil: Ali ( CIPS sertifikatları);
  • Təcrübə: Müvafiq sahədə 5 il;
  • Dil bilikləri: İngilis dili;
  • Kompüter bacarıqları: MS Office proqramlarını bilməlidir;
  • Müqavilələrin icrasına nəzarət üzrə peşəkarlıq;
  • Danışıqlar aparmaq;
  • Bazar araşdırması və təhlili;
  • Maraqlı tərəflər arasında fəaliyyət.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar