Баку,
Азербайджан
17.05.23
-
16.06.23
O работе
- Strateji marketinq təşəbbüslərini və fəaliyyətlərini inkişaf etdirmək;
- Çap, yayım və onlayn məzmunu əhatə edən marketinq planlarını təmin etmək;
- Brendli reklam kampaniyaları yaratmaq, məzmunu koordinasiya edərək və birləşdirərək marketinq və dizayn qruplarına dəstək olmaq;
- Marketinq kampaniyaları və onlayn fəaliyyətləri izləmək;
- Marketinq imkanlarını müəyyən etmək və medianın əhatə dairəsini müzakirə etmək üçün bazar araşdırması aparmaq;
- Daxili kommunikasiya sistemlərini idarə etmək;
- Bütün media vasitələri ilə təşkilatın ümumi brendini yaratmaq, qorumaq, gücləndirmək, reklam səylərini müvafiq kanallara köçürmək;
- Sosial media planını hazırlamaq və idarə etmək;
- Media şirkətləri, influenser marketinq əməkdaşları və s. ilə danışıqlar aparmaq;
- Marketinq strukturuna qoyulan KPI-ların əldə edilməsinin və quraşdırma hədəflərinin şirkətin planlaşdırma və büdcəsinə uyğun olmasını təmin etmək;
- Brendlərin yerli bazarda mövcudluğunun davamlı təkmilləşdirilməsini təmin etmək üçün strateji brend tərəfdaş əlaqələrini inkişaf etdirmək və saxlamaq, müqavilə münasibətlərinin və qarşılıqlı əməkdaşlığın inkişafında iştirak etmək;
- Brendlərin şirkətin illik ticarət təqvimlərini yaratmaq və qurmaq üçün tələb olunan məlumatların çatdırmasını təmin etmək;
- Ümumi biznes strategiyasına və illik marketinq büdcəsinin hazırlanmasına töhfə vermək;
- Beynəlxalq və yerli bazar tendensiyalarını, istehlakçı baxışlarını və ehtiyaclarını təhlil etmək və bunun əsasında mövsümi və illik proqnozlar hazırlamaq;
- CRM proqramının yaradılması və həyata keçirilməsi;
- Öz mağazalarına həftəlik və ya aylıq bazar səfərləri, eləcə də rəqiblərin fəaliyyətinin monitorinqi və hesabatı;
- Bazarın tendensiyalarından xəbərdar olmaq üçün tədbirlərdə, yarmarkalarda və sərgilərdə iştirak etmək;
- Vəzifə fəaliyyətindən irəli gələn məsələlər barədə birbaşa rəhbərinə baxılması üçün təkliflər vermək.
Требования
- Təhsil: Ali;
- Təcrübə: Müvafiq sahə üzrə ən azı 3 il;
- Kompüter bacarıqları: MS Office proqramlarından sərbəst şəkildə istifadə bacarıqları;
- Dil bilikləri: Azərbaycan və ingilis dilləri sərbəst, rus dili biliyi orta səviyyədə;
- Komanda ilə işləmək bacarığı, əməkdaşlıq qabiliyyəti, peşəkar səviyyədə yazılı və şifahi effektiv ünsiyyət, çeviklik, yüksək intellektual səviyyə, kreativlik, inkişafa meyillilik;
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti.
Маркетинг
Kоммерция